Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev tək partiyamızın deyil, ümumilikdə xalqın namizədi kimi qəbul olunur - Deputat

Tarix: 16-12-2023 12:11     Baxış: 3212 A- / A+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il 7 fevral tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq  seçkilər ərazi bütövlüyünü təmin etmiş, suveren dövlətimizin bütün ərazisini əhatə edəcək. Bu baxımdan seçkilər mühüm əhəmiyyət kəsb edir. 

Bunu Manevr.az-a açıqlamasında Milli Məclisin üzvü Müşfiq Məmmədli deyib:
"Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər azad edilmiş rayon və kəndlərimizdə yaradılmış seçki məntəqələrində 20 minədək əhalimiz ilk dəfə olaraq səs verəcək. 
Mühüm amil kimi qeyd etmək istərdim ki, ölkədə siyasi sistemin dayanıqlığı üçün bütün addımlar atılmışdır. Siyasi partiyalar haqqında qanun parlamentdə çox geniş müzakirələrdən sonra qəbul olundu. Qanun layihəsi bilavasitə siyasi mübarizə üçün hər kəsə tam hüquqlu şərait yaratmışdır. Bu da öz növbəsində demokratik dəyərlərə söykənən seçkilərin keçiriləcəyini təmin edir", deputat qeyd edib.
"Bildiyimiz kimi 15 dekabrda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında partiyamızın sədri İlham Əliyevin namizədliyi irəli sürüldü. Qarabağın azad edilməsindən sonra Azərbaycanda fərqli siyasi atmosfer yarandı. Bu baxımdan Cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev tək partiyamızın deyil, ümumilikdə xalqın namizədi kimi qəbul olunur. Ötən prezidentlik dönəmində qarşıya qoyulmuş vəzifələr tam olaraq yerinə yetirilmiş, növbəti 7 ildə də dövlət olaraq hədəflər bəllidir. Ona görədə prezident seçkilərindən sonra daha fərqli Azərbaycanı müşahidə edəcəyimizə əminik"', M.Məmmədli vurğulayıb.

Sevda Sabirli
Manevr az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar