Xəbər lenti
8 kənd boşaldılır: Qoşunlar bu şərtlə geri çəkilir - Polkovnik açıqladı

Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O bildirib ki, Azərbaycan tərəfi vaxtilə Ermənistana snayperlərin geri çəkilməsi ilə bağlı çağırış edəndə, erməni tərəfi bunu özünəməxsus şəkildə neytrallaşdırmağa çalışırdı:
"İndiki halda qoşunların geri çəkilməsi ilə bağlı edilən “təklif” də absurddur. Azərbaycan öz ərazisində ordusunu necə gerə çəkə bilər? Sərhədlər müəyyənləşməyib, heç bir konkret addım atılmayıbsa bu mümkün deyil”.

Üzeyir Cəfərova görə, Ermənistan bununla Azərbaycanı hədəfə gətirməyə çalışır:
“Çünki qoşunların geri çəkilməsi ilə bağlı hər hansı bir əsas yoxdur. Əgər erməni tərəfi səmimi olaraq nəsə etmək istəyirsə, işğala və soyqırıma görə üzr istəməlidir. Azərbaycan Ordusunun şərti sərhəddə olması heç də qeyri-adi hadisə deyil”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar