Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kreml Bakı ilə əlaqəmizi həzm etmir - Arşakyan

Tarix: 14-12-2023 23:04     Baxış: 4114 A- / A+



AB Ermənistandakı mülki missiya heyətinin sayını 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib. Təbbi ki, buna da İrəvanın özü qərar verməlidir ki, ölkəsinə kimlər və hansı sayda gələ bilər. Biz müstəqil dövlətik və bunun üçün heç kimdən, o cümlədən tərəfdaşlarımızdan və qondarma müttəfiqlərimizdən icazə istəmək məcburiyyətində deyilik. Biz belə düşünürük, amma nədənsə davranışımızın şərtlərini diktə etmək hüququna sahib olduqlarına inanan bəzi "müttəfiqlər" ərazimizdə kiminlə dost olmağımız və kimi qəbul etməyimizə müdaxilə etməyə çalışır. Söhbət, yəqin ki, artıq təxmin etdiyiniz kimi, AB-nin Ermənistandakı missiyasının genişlənməsinə görə sözün əsl mənasında qeyri-insani səslə qışqıran Rusiyadan gedir.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bunu erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

"Bu dəfə Moskva Lavrovun müavini Mixail Qaluzini zəncirindən açıb üzərimizə buraxdı. O, bir tərəfdən bizə mühazirə oxumağa, digər tərəfdən isə AB missiyasının qeyri-konstruktivliyinə işarə vurmağa başladı. Onun sözlərinə görə, AB-nin Cənubi Qafqazda siyasəti yalnız Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlib. O deyir: "Görürük ki, AB-nin Cənubi Qafqaz siyasəti sırf Rusiyanı oradan sıxışdırıb çıxarmaq məqsədi daşıyır. Eyni zamanda, onlar Ermənistanla Azərbaycan arasında sülhün nizamlanması prosesindəki nailiyyətlərimizdən istifadə edirlər".
Moskva belə narahatdır! Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindən narahatdır. Əlbəttə, İrəvan və Bakı indi fəal şəkildə, birbaşa danışıqlar aparmağa başlayıb. Bunu birgə bəyanat və ilk müsbət nəticə kimi hərbi personal mübadiləsi sübut edir. İlk dəfədir ki, Bakı və İrəvan Moskvanın vasitəçiliyi olmadan danışmağa başladı, təbii ki, Rusiya bunu həzm edə bilməz. Əminəm ki, ruslar olmasaydı, azərbaycanlılar və ermənilər çoxdan ortaq məxrəcə gələ bilərdilər", - o bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar