Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Qərb Ermənistanda mövcudluğunu artırmaqla Rusiyanı sıxışdırıb çıxarmağa çalışır” - RƏY

Tarix: 14-12-2023 12:10     Baxış: 4256 A- / A+


Milli Məclisin üzvü Azər Badamov Ermənistanın beynəlxalq güclərin poliqonuna çevrildiyini bəyan edib.
Manevr.az bildirir ki, bunu report-a açıqlamasında deputat qeyd edib ki, Ermənistan poliqona Qərbin mövcudluğunu artırmaqla çevrilir.
“İlk olaraq onu qeyd edim ki, Avropa İtifaqının missiyasının genişləndirlməsinə icazə verilməsi Ermənistanın suveren hüququdur. Rəsmi İrəvan Qərbin mövcudluğunu artırmaqla ölkəni beynəlxalq güclərin poliqonuna çevirir. Qərb çalışır ki, Ermənistanda mövcudluğunu artırmaqla Rusiyanı sıxışdırıb çıxartsın və mövqe üstünlüyünə sahib olsun.
Qərb çalışır ki, Ermənistanda mövcudluğunu artırmaqla Rusiyanı sıxışdırıb çıxartsın və mövqe üstünlüyünə sahib olsun.
Bu sözləri “Report”a Milli Məclisin üzvü Azər Badamov Avropa İttifaqı Ali Şurasının Ermənistandakı mülki missiyasını gücləndirmək, əməkdaşlarının sayını 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Qərbin dəstəkləyərək hakimiyyətə gətirdiyi Paşinyan da qərbyönümlü siyasəti genişləndirir və ölkəsinə kənar güclərin gəlməsinə və artmasına imkan yaradır: “Amma rəsmi İrəvan başa düşmür ki, onun iqtisadiyyatı və müdafiəsi Rusiyanın əlindədir və qərbyönümlü hərəkətləri ilə Rusiyanı ölkədən çıxartmaq qeyri mümkün olacaq. Belə ki, 1991-ci ildən bu günə qədər Ermənistanın sərhədlərini Rusiya Federal Xidməti və sərhədçiləri tərəfindən qoruyur. O cümlədən Gümrüdəki 102-ci hərbi bazasının uzunmüddətli mövcudluğu ilə bağlı Ermənistanla Rusiya arasında saziş var və bu sazişi Ermənistan birtərəfli şəkildə poza bilməz”.
A.Badamov hesab edir ki, Rusiya Ermənistanın qərbyönümlü addımlarına görə hələ ki, ciddi tədbirlər görməsə də, iki ölkə arasında idxal-ixrac əməliyyatlarında müvəqqəti qadağalar tətbiq etməklə, öz siqnallarını ötürür. Əgər Ermənistan rəhbərliyi Rusiyanın iqtisadi müstəvidə göndərdiyi mesajlardan nəticə çıxartmazsa, daha böyük təzyiqlərlə üzləşəcək.
Deputatın qənaətincə, Aİ-nın missiyasının genişləndirilməsində digər bir məqsədi isə İrana əzələ nümayiş etdirmək və sərhəddən kəşfiyyat məlumatları toplamaqla bağlıdır: “Bilirik ki, İran Qərbin sanksiyaları altındadır və çalışır ki, ona təzyiqlərini artırsın. Rəsmi Tehran Ermənistanın bu xain hərəkətlərini görür və hələ ki, müşahidə etmək mövqeyini sərgiləsə də, yaxın gələcəkdə ciddi addımların atılacağı gözləniləndir. Belə addımları ilk növbədə Ermənistanı təcrid etmə ilə müşahidə olunacağı hesab edirəm”.
Əlavə edib ki, Ermənistan İrandan qaz alıb ona elektrik enerjisini satır və bu da, İranın əlində Ermənistana təzyiq üçün önəmli aktdır. Digər bir məsələ Ermənistanın quru yolla dünya ilə bağlantısı İran və Gürcüstan üzərindən həyata keçirilir: “Rəsmi İrəvan Qərbin öz ərazisində mövcudluğunu genişləndirdikcə İranın öz ərazisindən olan quru yolda da maneələrin yaradacağı gözlənilir. Beləliklə, nəticə olaraq Ermənistan rəhbərliyi Qərbin öz ərazisində mövcudluğunu artırmaqla, həm öz ölkəsini fəlakətə sürükləyir, həm də regiona sülh və əməkdaşlığın gəlməsinə maneə yaradır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar