Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan bir sıra Avropa ölkələri ilə strateji tərəfdaşdır" - Deputat

Tarix: 13-12-2023 11:54     Baxış: 4251 A- / A+



“Azərbaycanın bir sıra Avropa ölkələri ilə münasibətləri aktiv şəkildə inkişaf etməkdədir. Bu həm enerji sahəsində, iqsitadi sahədə, eyni zamanda strateji tərəfdaşlığı ehtiva edən əlaqələrdir”.
Manevr.az bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin cari ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışı ilə əlaqədar Turkustana.az-a açıqlamasında söyləyib.
Millət vəkilinin sözlərinə görə Azərbaycanla Bolqarıstan münasibətləri daha qabarıq şəkildə özünü göstərməkdədir: “Azərbaycan və Bolqarıstan münasibətləri bu gün strateji tərəfdaşlıq səviyyəsindədir, dinamik şəkildə inkişaf edir: “Azərbaycan öz enerji resurslarını tərəfdaş ölkələr vasitəsilə Avropaya nəql edir. Cənab Prezidentin bildirdiyi kimi, “Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum effektiv şəkildə icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır”. Bu o deməkdir ki, Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımız səkkiz ölkəyə ixrac edilir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir”.
A.Məmmədov Azərbaycanın Avropanın xüsusilə təbii qazla təminatındakı rolunu qeyd edərək Qərbdəki bəzi dairələrin anti-Azərbaycan çıxışlarının anlaşılmaz olduğunu söyləyib: “Azərbaycan Avropa üçün vacib tərəfdaşdır. Amma, bəzən görürük ki, Avropa təşkilatlarında, bəzi Avropa ölkələrinin parlamentlərində Azərbaycana qarşı qərəzli çıxışlar olur, qətnamələr qəbul edlir. Təbii ki, bu daha çox erməni lobbisinin gücü ilə edilir. Lakin, Avropa siyasətçiləri Azərbaycanla Ermənistanı düzgün dəyərləndirərək hansının Avropa üçün vacib tərəfdaş olduğunu özləri üçün müəyyən etməlidirlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar