Xəbər lenti
Vətənimiz adına ən parlaq gün Azadlıq meydanında Zəfər paradının keçirilməsidir - Deputat
"Hər bir xalqın tarixində unudlmaz yadda qalan günlər vardır. Azərbaycan tarixinə nəzər saldıqda görərik ki, vətənimiz və millətimiz adına ən parlaq gün Azadlıq meydanında Zəfər paradının keçirilməsidir".
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat xatırladıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbənin məntiqi sonluğu kimi 10 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev və qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bütün dünyaya səs salan Zəfər paradı baş tutdu.
"Bu parad illərdir, haqqı tapdalanmış, xain düşmən tərəfindən hiyləgərcəsinə məhv etmək istədiyi xalqın yenidən doğuluşu, qüvvəsini bir yerə toplayaraq istənilən qarşı qüvvənin başını əzməyə qadir olan ordunun qələbə nümayişi idi",- siyasətçi qeyd edib.
Millət vəkili bildirib ki, məhz bu ordunun, bu millətin, bu birliyin, bu iradənin nəticəsi idi ki, ölkə rəhbərimiz Ermənistan hakimiyyətini kapitulyasiya aktına imza atmağa məcbur etdi.
"Müharibə üç istiqamətdə aparılır. Müharibə meydanı, Siyasət və iqtisadiyyat! Hər üç istiqamətdə İlham Əliyevin yürütdüyü uğurlu siyasət bizim qələbəmizi təmin etdi. Cənab prezidentin söylədiyi kimi “İndi azad olunmuş torpaqlarda onun əsl sahibləri daim yaşayacaq, qurub yaradacaqlar! Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub”.
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Yaşasın qalib Ali Baş Komandan!",- M.Məmmədli vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar