Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Roma Papası Azərbaycanla Ermənistanın qərarını alqışladı

Tarix: 10-12-2023 19:29     Baxış: 4366 A- / A+

Azərbaycan və Ermənistan hərbçilərinin azad edilməsindən şadam və sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edirəm.

Manevr.az xəbər verir ki, bu barədə Roma Papası Fransisk ənənəvi bazar günü xütbəsi zamanı deyib.

"Mən xeyli sayda Ermənistan və Azərbaycan hərbçilərinin azad edilməsindən məmnunam. Ermənistan və Azərbaycan arasında münasibətlər üçün bu müsbət siqnala böyük ümidlə baxıram. Mən tərəfləri və onların liderlərini mümkün qədər tez sülh müqaviləsi bağlamağa çağırıram", deyə pontifik qeyd edib.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar