Xəbər lenti
"İki həftə ərzində sülh sazişinin imazlanacağını düşünmürəm" - Elmar Məmmədyarov
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı iki gün öncə birgə açıqlama yayıb.
Bakı və İrəvan arasında əldə edilən son müsbət razılaşma – 34 nəfər saxlanılan hərbçinin (32 erməni hərbçi, 2 azərbaycanlı əsgər) azad olunması, eləcə də Ermənistanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycanın namizədliyini dəstəkləməsi, Azərbaycanın isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləməsi kimi addımlar müxtəlif aspektlərdən şərh olunur.
“Ən ciddi məsələ birbaşa danışıqların olması ilə bağlıdır. Dəfələrlə demişəm ki, ən yaxşı yol məhz budur. Delimitasiya məsələsində olduğu kimi, sülh danışıqları da birbaşa ikitərəfli qaydada müzakirə olunmalıdır. Azərbaycan Prezidentinin Administirasiyası ilə Ermənistan Baş naziri Aparatının birbaşa əlaqə qurub razılığa gəlməsi birbaşa danışıqlara start verilməsi üçün imkanın olduğunu göstərir. Sülh müqaviləsinin daha da tezləşməsi baxımından da bu vacibdir”.
E.Məmmədyarov sülhün bir-iki həftəyə imzalana bilməyəcəyini söyləyib:
“Sülh müqaviləsinin mətni nə qədər tez razılaşdırılarsa, saziş də elə tez imzalanacaq. Ancaq mən iki həftə və ya bir ay ərzində sülh sazişinin imazlanacağını, yəni prosesin belə tez baş tutacağını düşünmürəm. Görək, hələ gələn il Ermənistan tərəfinin mövqeyi necə olacaq?”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar