Xəbər lenti
Birgə bəyanatda diqqətdən qaçan detal – Bakı və İrəvan bu mesajı kimə ünvanlayıb?
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, kənar müdaxilələr və Ermənistanın təxribatçı fəaliyyətləri olmasa, tezliklə sülh müqaviləsini imzalamaq da olar:
“Azərbaycan və Ermənistan etimad quruculuğunu və inam atmosferini yaratmağa davam edəcəksə, İrəvan prosesin müsbət istiqamətdə inkişafı məqsədilə beynəlxalq təşkilatlar və müxtəlif dövlətlərdə ölkəmiz əleyhinə açıq-gizli fəaliyyətinə son qoymalıdır. Bunun baş verib-verməyəcəyini yaxın günlərdə görəcəyik. Əks halda, iki ölkə arasındakı vəziyyət yenə əvvəlki gərgin axarına qayıdacaq.
Xarici siyasi mərkəzlər də, Azərbaycan əleyhinə “etnik təmizləmə” ittihamları və digər təxribatçı fəaliyyətlərdən əl çəkməlidir. Çünki bu fəaliyyətləri Azərbaycanla Ermənistan arasında atılan addımlara zərbə vuracaq. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan administrasiyalarının birgə açıqlamasında belə bir cümlə var: “Beynəlxalq ictimaiyyəti iki ölkə arasında qarşılıqlı etimadın yaradılmasına töhfə verməyə, Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırıq”.
Vaşinqton Azərbaycan siyasətini korrektə edəcəyini vəd edib, növbə Parisindir”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar