Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın sülh təklifi ilə bağlı son açıqlaması nəyə hesablanıb? - ŞƏRH

Tarix: 04-12-2023 15:11     Baxış: 3204 A- / A+
Ermənistanın sülh təklifi ilə bağlı son açıqlaması nəyə hesablanıb? - ŞƏRH

“Rəsmi Bakı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı erməni tərəfinin son təkliflərinə hələ ki, cavab verməyib”.
 
Bunu Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.
 
“Cavab aldıqda ictimaiyyətə məlumat verəcəyik”, - o bildirib.
 
Manevr.az-ın xəbərinə görə, bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, sözügedən açıqlama manipulyasiya siyasətinin bariz nümunəsidir:
 
“Ermənistanın təklifləri sülh müqaviləsindən yayınmağa hesablanıb və məqsəd Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmaqdır. Avropa İttifaqı və Vaşinqtona arxalanan Nikol Paşinyan Azərbaycanla bərabər şəkildə sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Ermənistan təklif edir ki, anklavlar məsələsi barter şəklində həll edilsin; Azərbaycan Zəngəzur dəhlizinin açılmasını gündəliyə daşımasın; Ermənistan “Sülh qovşağı” planının iştirakçısı olsun”.
 
Ekspert əlavə edib ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn Azərbaycana səfər edərək sülh müqaviləsinin detallarını müzakirə edəcək: “ABŞ diplomatı Azərbaycana Ermənistanın vəkili kimi gələcək”.
 
Xatırladaq ki, noyabrın 21-də İrəvan Bakıya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlamaq üçün altıncı təklifini göndərib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar