Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İrandakı səfirliyini bərpa edir?

Tarix: 02-12-2023 15:48     Baxış: 3226 A- / A+
Azərbaycan İrandakı səfirliyini bərpa edir?


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian son zamanlar azərbaycanlı həmkarı ilə telefon danışıqlarını intensivləşdirib. Telefon danışıqlarında ikitərəfli münasibətlər və digər mövzular müzakirə olunur. Müşahidəçilər deyir ki, Azərbaycan və İran arasında münasibətlərdə istiləşmə görünür.
 
27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.
 
Azərbaycan-İran münasibətlərinin normallaşdığını demək mümkündürmü? Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edə bilərmi?
 
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa İranla münasibətlərdə soyuqluğun Azərbaycandan qaynaqlanmadığını vurğulayıb:
 
“Bütün hallarda İranla münasibətlərdə soyuqluq bizdən qaynaqlanmır. Biz bu məsələlərdə qonşu ölkələrin hamısı ilə həssas davranırq. Qonşularımızın heç biri ilə problem yaşamaq istəmirik. Təəssüf ki, bizə qarşı müəyyən addımlar atılır. Bu da öz mənfin nəticəsini doğurur”.
 

Deputat söyləyib ki, Azərbaycan normal qonşuluq münasibnətlərinin qurulmasında maraqlıdır:
 
“Belə addımların atılması hər halda bizim üçün də önəmlidir. Çünki bütövlükdə qonşu ölkələrin hamısı ilə normal münasibətlərin olması, eyni zamanda sabitliyin daha qalıcı olması, təhlükəsizlik baxımdan vacib olduğu aydındır. Bunu hamı anlayır İranda da bunu anlasalar, məncə belə bir problem olmaz”.
 
Politoloq Zaur Məmmədov bildirib ki, Azərbaycan-İran münasibətləri indi də, bundan sonra da enişli yoxuşlu olacaq:
 
“Çünki tərəflər arasında bəzi məqamlarda ziddiyyətlər var. Ziddiyətlər tarixi, coğrafi, eləcə də daxili və xarici siyasətlə bağlıdır. Əslində bunlar çox həssas və kövrək məqamlardır. Mövcud hadisələrə indiki vaxtla baxmaq ən rasional addım olacaq. Mövcud hadisələrə yanaşarkən suveren, müstəqil dövlət reallıqlarını mütləq şəkildə nəzərə almaq lazımdır. İrandakı hakimiyyət dairələri indi, yaxud gələcəkdə bunu nəzərə almayacaqlarsa,nəticədə, ziddiyətlər dərinləşəcək".
 

Z.Məmmədov Azərbaycanın İrandakı səfirliyinin bərpa olub-olmayacağından da danışıb:
 
"Azərbaycanın İrandakı səfirliyinin bərpa edilməsində səfirliyə hücum edən şəxsin və onun arxasında olan qüvvələrin ifşa olunması olduqca vacibdir. İran kimi dövlətdə həmin şəxs və onun kimilərinin tapılması əslində çətin deyil. Çünki İran dövləti ölkə daxilindəki vəziyyətdən tam agahdır. Belə olan halda həmin şəxs barədə çoxdan qərar verilməliydi. Görünən odur ki, Tehran tərəfi də nəyisə gözləyir. Hər halda bizim üçün əsas meyar, məqsəd həqiqətin tez bir zamanda reallaşmasından ibarət olacaq".
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar