Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

4 kənd qaytarılır: digər 4 kənd güc yoluyla alınacaq?

Tarix: 01-12-2023 15:13     Baxış: 3131 A- / A+


   
Delimitasiya prosesində Azərbaycanın əsas tələblərindən biri Qazaxın işğal altında qalan 7 kəndi və Sədərəyin Kərki kəndinin qaytarılmasıdır. İlkin mərhələdə Qazaxın kəndlərindən dördünün qaytarılması daha real görünür.
Manevr.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, anklavlarla bağlı məsələ müəyyən qədər spesifikdir:
“Anklav olan Kərki, eləcə də Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri qaytarılarsa, Ermənistan Azərbaycanın bu kəndlərə çıxışı üçün dəhlizlər verməlidir. Bu dəhliz verilərsə, təhlükəsizliyin necə qorunacağı da sual altındadır. Bu baxımdan, anklavlarla bağlı məsələ ciddi müzakirə olunmalıdır”.
Siyasi şərhçi qeyd edib ki, Ermənistan bu çətinlikləri irəli sürərək, “barter” təklifi ilə çıxış edir:
“Nikol Paşinyan son açıqlamalarında bunu elan etdi. Təklifi belədir ki, Başkənd Azərbaycanda qalsın, 4 kəndimiz isə Ermənistanda. Burada Başkənd iddiası prosesi yenidən dalana dirəyə bilər. Çünki bu ərazilər Azərbaycana məxsusdur, SSRİ dövründə Ermənistana verilib. Azərbaycan Paşinyanın iddia etdiyi “barter” məsələsi ilə razılaşmır”.
A.Nərimanlı hesab edir ki, işğal altında qalan 4 kəndin azad edilməsi iki ssenari üzrə mümkündür.
“Birincisi, delimitasiya prosesində Qazaxın anklav olmayan 4 kəndi - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli – qaytarılır, anklavlar məsələsi sonra müzakirə edilir. Sülh müqaviləsi imzalansa belə, bu məsələni sonrakı müzakirəyə saxlamaq olar. Misal üçün, bu gün Azərbaycan və Gürcüstan sərhədində də delimitasiya olunmamış ərazilər var. Yəni Ermənistanla sülh bağlasaq da, anklavlar üzrə danışıqlar davam edə bilər. İkinci ssenari məsələnin hərbi müstəvidə həllidir. Azərbaycan bunu istəmir, lakin Ermənistanın sərgilədiyi təxribat yanaşma, eləcə də bölgədə yeni eskalasiya yaratmaq istəkləri fonunda hadisələrin bu istiqamətdə inkişafı istisna edilməməlidir”, - o deyib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar