Pentaqonu təmsil edən general Patrik Rayder Şimali Koreyanın təqdim etdiyi peyk fotolarına cavab verib. O, yumorla vurğulayıb ki, internetdə Pentaqonun və Ağ Evin çoxsaylı görüntüləri var.
Manevr.az xəbər verir ki, general brifinq zamanı Şimali Koreyanın peyk buraxması barədə də danışıb, ABŞ-ın hadisədən xəbərdar olduğunu, lakin hazırda əlavə təfərrüatlar verməyi planlaşdırmadığını vurğulayıb.
O, buraxılışın məqsəd və parametrlərini yalnız Şimali Koreyanın bildiyini qeyd edib və əlavə edib ki, ABŞ müttəfiqləri ilə yaxından məsləhətləşməyə davam edəcək və vəziyyəti diqqətlə izləyəcək.
Xatırladaq ki, bir gün əvvəl Şimali Koreya "casus peyki"nin Ağ Evin, Pentaqonun və ABŞ hərbi dəniz bazalarının fotoşəkillərini çəkdiyini açıqlayıb.(qaynarinfo)
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar