Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

SPECA-ya üzv dövlətlərin Bakıda ilk dəfə Zirvə görüşünün təşkili tarixi önəm daşıyır – Millət vəkili

Tarix: 29-11-2023 11:58     Baxış: 3236 A- / A+



Bakı mötəbər tədbirlərin məkanı kimi tanınmaqdadır. Ölkəmiz regional və qlobal tədbirlərin təşkilatçısı və təsəbbüskarı kimi çıxış edir. Azərbaycan bu uğurlara məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən yüksək göstəricilərlə sahib olub. Azərbaycanın uğurlu inkişaf tendensiyası, ölkədə mövcud olan ictimai-siyasi sabitlik burada başlıca amildir. Bakıda keçirilən Speca (SPECA – BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi də Azərbaycanın inkişaf reallıqlarını ortaya qoymaqla tərəfdaşlarının da mövcud prinsiplərlə ayaqlaşdığını təsdiq etmiş oldu. SPECA həftəsində  nümayiş olunan iqtisadi yeniliklər sənayə və müdafiə məhsulları bunun bariz nümunəsidir.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
“BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün ölkəmizdə keçirilməsi tarixi hadisə idi. Prezident İlham Əliyevin Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxışı və vermiş olduğu mesajlar, Azərbaycanın yaratmış və formalaşdırmış olduğu yeni reallığın ifadəsi baxımından da olduqca vacib əhəmiyyət kəsb edirdi”-deyə o qeyd edib.

Deputat hesab edir ki, 1998-ci ildən əsası qoyulan  SPECA proqramında ölkəmiz aktiv yer alıb: “Ölkəmiz hazırda SPECA-ya uğurla sədrlik edir. 25 ildir ki, həyata keçirilən SPECA proqramı bu illər ərzində ölkələr arasında hərtərəfli əlaqələrin uğurla inkişafında mühüm yer tutur. Bu mənada SPECA-ya üzv dövlətlərin Bakıda ilk dəfə Zirvə görüşünün təşkili də tarixi önəm daşıyır. Azərbaycanın təşəbbüsü ilə baş tutan bu Zirvə görüşü üzv dövlətlər xüsusilə də Mərkəzi Asiya ölkələri tərəfindən böyük dəstək qazanıb. Bu bir reallıqdır ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq mövcuddur. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq etməkdədir. Bakıda yeni tərkibdə keçirilən Zirvə görüşü bu əlaqələrin xarakterinə sözsüz ki müsbət təsir edəcək”.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaq qismində iştirakı də xüsusi önəm kəsb edirdi: “SPECA yarandığı dövrdən keçən 25 ildə əsas çağırışlar arxada qalıb. Bu proqrama üzv olan ölkələr dövlət suverenliyini möhkəmləndirib, beynəlxalq aləmin vacib üzvünə çevrilməklə iqtisadi cəhətdən inkişaf edib. SPECA-ya üzv ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür. Bununla yanaşı inkişaf, quruculuq prosesləri uğurla davam edir. Məhz bu kontekstdə uğurlu siyasət yürüdən dövlətlərlə yanaşı Ermənistan kimi başqalarının əlində oyuncaq olan, göstəriş və təlimatlarla hərəkət edən ölkələr də mövcuddur. Sözsüz ki, bu uğursuz, asılı siyasətin təzahürüdür. Ermənistan kimi ölkələrin siyasəti, iradəsi xalqlarının mövqeyinə deyil, xarici sponsorların əlində cəmləşibdir. Ermənistandan fərqli olaraq bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinin qurulmasında önəmli amil olan SPECA-ya üzv dövlətlər əsl müstəqil siyasət yürüdən ölkələrdir. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum da ölkələr arasındakı biznes əlaqələrinin inkişafına yeni imkanlar açacaq. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi üzv ölkələrdə gedən inkişafı nümayiş etdirdi. Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Eyni zamanda Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkana çevrilib”.

Aqil Məmmədov Azərbaycan müstəqilliyinin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini bildirib: “Ermənistan bu işğal dövründə Azərbaycan ərazisində soyqırım və etnik təmizləmə siyasəti aparıb. Bunun nəticəsində bir milyondan artıq azərbaycanlı öz tarixi ata-baba yurdundan zorla qovulub, çıxarılıb. İnsanların şəxsi əmlakı, dövlətə məxsus infrastruktur tarımar edilib və bu ərazilərdə Ermənistan tərəfindən babarlıq aktı icra olunub. Bununla yanaşı Azərbaycan ərazilərinin Ermənistan silahlılarından boşaldılması ilə bağlı otuz ilə yaxın aparılan danışıqlar nəticəsiz qalıb. Heç vaxt işğal faktı ilə barışmayan Azərbaycan xalqı məhz 2020-ci ilin 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanı döyüş meydanında məğlub edərək onun torpaqlarımızdan çıxarmaqla 30 ilə yaxın davam edən işğal faktına son qoydu. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını ölkəmiz təlbaşına təmin etdi. 2023-cü 19-20 sentyabr tarixlərində isə lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam təmin edildi, separatizmin kökü kəsildi, konstitusiya quruluşu bərqərar edildi. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. “Böyük Qayıdış” Proqramına uyğun olaraq qısa zamanda erməni barbarlarının dağıdıb viran qoyduğu ərazilərdə yeni yaşayış məntəqələri, infrastruktur qurulur. Məhz Füzuli şəhərində Özbəkistanın hədiyyəsi Mirzə Uluqbəy adına məktəb və inşası davam edən Qazaxıstan Kurmanqazı adına yaradıcılıq mərkəzi həmrəyliyin, dostluq və qardaşlığın bariz nümunəsidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar