Xəbər lenti
NATO ordusu Zəngəzura göndəriləcəkdi, Bakı planı belə pozdu... - İlginc faktlar
Manevr.az xəbər verir kii bunu “Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
O qeyd edib ki, ABŞ parlamentində anti-Azərbaycan bəyanatlarının və qərarlarının verilməsindən dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyi 20 noyabr okeanın o tayında birtərəfli qaydada razılaşdırılmış ABŞ-Ermənistan-Azərbaycan görüşündən imtina edildiyini bəyan etdi:
“Bu görüşdən imtinanın əsl səbəbi isə tamam başqadır. ABŞ və Fransa Azərbaycan və Ermənistan arasında imzalanması üçün hazırladıqları sülh müqaviləsinin mətnində Qarabağ ermənilərinin qayıdışı, onların hüquq və təhlükəsizliklərinin təmin edilməsi öhdəliyini rəsmi Bakının üzərinə qoymaq istəyirlər. Azərbaycan bu cür mətnə imza atmayacaq və ona görə də Qərbdə təklif edilən görüşlərdən bu vəziyyətdə imtina ediləcək. Eyni zamanda 2024-cü ilin ilk 6 ayı ərzində Avropa İttifaqının strukturlarındakı seçkiləri, payızında ABŞ-da keçiriləcək seçkiləri nəzərə alsaq Azərbaycan-Ermənistan arasında danışıqlarının birmüddətlik dondurulması istisna edilmir”.
Politoloq hesab edir ki, Azərbaycanın milli maraqlarına zidd çağırışların tətbiqi Qərbdə arzu olunandır:
Zaur Məmmədova görə, faktiki olaraq ABŞ Qafqazdakı hadisələrə, İran və Rusiya baxış bucağı çərçivəsində yanaşır:
“Lakin, okeanın o tayındakı strateqlər bilməlidirlər ki, bu və digər məsələlərdə onların Ermənistana vurğu etmələrinin perspektivi yoxdur. Ermənilər isə, boşuna həvəslənməsinlər. Rusiyaya arxa çevirmək onlara baha başa gələcək. Öz növbəsində, Uzaq Qərbdəki seçkilərdən sonra Qafqaza baxış bucağı da dəyişəcək. 1 milyonluq erməniyə görə heç kim Azərbaycan və Türkiyə ilə küləyi uzunmuddət əsdirməyəcək. ABŞ-Azərbaycan münasibətlərində hazırki qara buludlar birazdan dağılacaq”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar