Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bu, Paşinyanın Kremlə açıq siqnalıdır - Korotçenko

Tarix: 15-11-2023 16:12     Baxış: 3455 A- / A+


   
Paşinyanın Minskdə keçiriləcək KTMT sammitində iştirakdan imtina etməsi İrəvanın Qərbə üz tutduğunu və təşkilat ölkələri ilə müttəfiqlik münasibətlərini pozan kursunu nümayiş etdirir. Bu, gələcəkdə Rusiyanın Ermənistanda hərbi bazasının varlığını da sual altına ala bilər.
Manevr.az xəbər verir ki, bunu hərbi analitik, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Paşinyanın KTMT-nin Minsk sammitində iştirakdan imtina etməsi, şübhəsiz ki, antirusiya qərardır. Bu, İrəvanın gələcəkdə bloka qoşulmamaq və KTMT-yə üzv ölkələrlə müttəfiqlik münasibətlərini kəsmək niyyətini nümayiş etdirir. Nikolun bu qərarı Ermənistanın Qərbə fəal üz tutması və NATO ölkələrindən irimiqyaslı silah almağa başlaması fonunda həyata keçirilir. Buna nümunə olaraq, ötən günlərdə Fransa istehsalı olan zirehli texnikanın böyük partiyasının Ermənistan ərazisinə gəlməsi ilə bağlı yayılan xəbərləri göstərmək olar. Fransanın üç zenit-raket kompleksinin alınması üçün müqavilə də daha öncədən elan edilmişdi. Nəzərə alsaq ki, hava hücumundan müdafiə sistemləri ən azı KTMT standartlarına uyğun gəlmir, bu addım Ermənistanın hazırkı rəhbərliyinin seçilmiş maraq vektorunu açıq şəkildə göstərir. Ümumiyyətlə, KTMT sammitindən imtina Rusiyaya yaxın gələcəkdə Moskva ilə İrəvan arasında əlaqələrə təsir göstərə biləcək digər qərarlara da hazır olmasına dair çox açıq siqnalıdır”, - o bildirib.
Korotçenko qeyd edib ki, Paşinyan Ermənistanda Rusiyanın hərbi bazasının çıxarılması və onun xarici hərbi kontingentlə əvəzlənməsinə dair məsələ də qaldıra bilər.
Xatırladaq ki, Ermənistanın Baş naziri Paşinyan Belarus Prezidenti Lukaşenko ilə telefon danışığında noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak edə bilməyəcəyini bildirib.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar