Xəbər lenti
Qərb Ermənistanı uçuruma aparır
Azərbaycan-Ermənistan münaqişəsi dövründə əsl simaları üzə çıxan ölkələr vəziyyəti gərginləşdirməyə xidmət edən fəaliyyətlərini münaqişənin bitməsindən sonra da davam etdirirlər. Çıxış yolu qalmayan Ermənistan Azərbaycanla münaqişənin bitməsi ilə bağlı yaranmış yeni reallığı qəbul etsə də, bəzi ölkələr, xüsusilə də ABŞ və Fransa sülh prosesini əngəlləmək üçün var gücləri ilə çalışırlar. Bunun isə məqsədi bəllidir: Qərb Cənubi Qafqazı yenidən bölmək, regionun yeni xəritəsini cızmaq istəyir.
Qərb mövcud reallıqları qiymətləndirərkən onu şərtləndirən tarixi prosesləri görmək istəmir. İllər ərzində Ermənistanın işğalçı siyasətini pisləməyən, onun quldur hakimiyyətini sanksiyalara məruz qoymayan Qərb ikili standartların nümayişinə davam etməkdədir. Qərbin baş verən proseslərə münasibəti birtərəflidir. Belə ki, 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini qanuniləşdirmək məqsədi güdən Qərb bu dövr ərzində Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının öz torpaqlarından didərgin düşməsini nəzərə almır.
Bu gün Fransa Ermənistanı silahlandırır, eləcə də, Avropa İttifaqı bu ölkədəki hərbiləşmiş missiyasını daha da genişləndirir, ona əlavə çoxsaylı funksiyalar verilir. Bu isə Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün aşkar təhdidir. Aydın məsələdir ki, Qərb Ermənistanı yeni müharibəyə hazırlamağa çalışır.
Baş verən proseslərdən belə nəticəyə gəlmək olar ki, Qərb növbəti qurban kimi Ermənistanı seçib. Onlar Ukraynanın başına gətirdiyini indi Ermənistanın üzərində sınaqdan keçirərək Ermənistanı da ukraynalaşdırmağa çalışır. Ermənistanın nümunəsində bu planın gerçəkləşməsi bu ölkənin sonu deməkdir. İstisna deyil ki, həlqədəki növbəti nöqtələr Moldova və Gürcüstandır.milli.az

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar