Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Braziliyada Azərbaycanın Zəfər Günü keçirilib

Tarix: 12-11-2023 15:15     Baxış: 3461 A- / A+
 

Noyabrın 8-də Azərbaycanın Braziliyadakı Səfirliyi tərəfindən Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş ziyafət təşkil edilmişdir.
Qürurverici odur ki, tədbirdə Braziliyanın Hərbi Hava Qüvvələrinin orkestri iştirak edib, Azərbaycanın dövlət himnini qüsursuz ifa edib. Bu, artıq bir il ərzində ikinci dəfədir ki, Braziliyanın silahlı qüvvələrinə məxsus orkestrlər rəsmi ziyafətlərimizdə Azərbaycanın dövlət himnini ifa edib.
Tədbirdə çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz qeyd edib ki, 30 ildən çox davam etmiş həsrətdən sonra Azərbaycanın silahlı qüvvələrinin təntənəli paradı Xankəndi şəhərində keçirilib, paradın başında Ali Baş komandan, cənab Prezident İlham Əliyev durub və paradı şəxsən o qəbul edib. Səfir vurğulayıb ki, 30 il ərzində hərbi təcavüzə, işğala, etnik təmizləməyə məruz qaldığına, bir milyondan çox azərbaycanlı köklü əhalinin Ermənistandan, Qarabağdan və ətraf rayonlardan məcburi köçkünə və qaçqına çevrildiyinə, işğalın nəticəsində ölkəmizin böyük ərazisinin tamamilə dağıldığına, onun sərvətlərinin talan edildiyinə baxmayaraq, Azərbaycan həmişə olduğu kimi indi də sülh və barışıq mesajını təkrarlayır. Vurğulanıb ki, ölkəmiz həm qonşularıilə, həm də onun hüdudlarından kənarda fəal şəkildə strateji körpülər qurur. Bu gün Azərbaycan sülh mesajı verir və bu hamı tərəfdən dərk edilməlidir. Çıxışda həmçinin bildirdi ki, ölkəmiz regionda sabitlik və əməkdaşlığa xidmət edəcək yeni təşəbbüslər irəli sürür. Bunun, mövcud geosiyasi çağırışlar fonunda xüsusi əhəmiyyəti qeyd edilib. Qonşular və qonşuların qonşuları ilə dinc, dost və qarşılıqlı faydalı münasibətlərin qurulması vacibdir və bu, Azərbaycanın xarici siyasətinin bünövrəsini təşkil edir. Və Azərbaycanın belə siyasəti ölkələrlə münasibətlərində mütləq praqmatizmə və suverenliyə əsaslanır.
Azərbaycan Səfirliyində keçirilən ziyafətdə Braziliyanın federal və ştat səviyyəli hökumət rəsmiləri, Federal Konqresin üzvləri, diplomatik korpusun nümayəndələri, tələbələr, musiqiçilər, Azərbaycanın Braziliyadakı dostları iştirak ediblər. 
Qeyd edək ki, Azərbaycan ilə Braziliya arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd edilməsi üçün bir həftə bundan öncə Milli Məclisin üzvü, Azərbaycan - Braziliya Dostluq qrupunun sədri, millət vəkili Müşviq Məmmədli Braziliyaya səfər edib və bir sıra vacib görüşlər keçirmişdir.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar