Xəbər lenti
Şuşanın ECO-nun turizm paytaxtı elan edilməsi böyük əhəmiyyət daşıyır - Deputat
"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasındakı münasibətlərin tarixi qədimdir. Bu münasibətlərin izləri həm ortaq tariximizdə, həm eyni soy-kökümüzdə, həm də strateji əməkdaşlığımızda özünü biruzə verir".
Bunu Manevr.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısının 2023-cü il noyabrın 9-da qardaş Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilməsi Azərbaycan üçün ikiqat əhəmiyyət daşıyırdı.
"Azərbaycan hər zaman İqtisadi Əməkdaşlıq Təşkilatının bütün işlərində fəal iştirak edib. 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında cənab prezident İlham Əliyevin təşəbbüsü ilə Təşkilatın Azərbaycanda Tədqiqat Mərkəzininin yaradılması ilə bağlı nizamnaməsi imzalanıb"- siyasətçi qeyd edib.
Deputatın sözlərinə görə, Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.
"Qürurla qeyd etmək lazımdır ki, 2006 və 2012ci illərdə İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantıları məhz Bakı şəhərində keçirilib. Eyni zamanda, Şuşa şəhərinin 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilməsi də bizim üçün böyük əhəmiyyət daşıyır. Böyük məmnunluq hissi ilə xatırlamaq istərdik ki, Təşkilata üzv olan dövlətlərin, xüsusilə Türkiyə və Pakistanın Vətən müharibəsi dövründə Azərbaycana verdikləri mənəvi dəstəyi heç bir zaman unutmayacağıq",- deyə M.Məmmədli vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar