Xəbər lenti
Xankəndi paradı mesaj idi: Növbəti hədəf açıqlandı... - Vacib gəlişmə
Müasir Azərbaycan tarixində elə bir möhtəşəm hadisə baş verdi ki, bu, indiki və gələcək nəsillər üçün əminlik, güvənlik yaradır. Bir vaxtlar Azərbaycanın mövqeyini ciddi qəbul etmək istəməyən yaxın və uzaq qonşular, dövlətlər ölkəmizin hansı gücə sahib olduğunu gördülər. Bu sözsüz ki, hər bir azərbaycanlı üçün qürurlu anlardır.
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, xalq olaraq tək bu uğurlar və indiki nailiyyətlərlə kifayətlənmək olmaz:
“Sabahımızı, Azərbaycanın gələcəyini düşünərək addım atmalıyıq. Çünki son yüz illiklərdə Azərbaycan bölgədə və qlobal miqyasda hansı izi qoyduğunu unutmamalıyıq. Bizim qarşımızda daha böyük hədəflər var. Amma buna baxmayaraq olacaq bütün təhdidlərə qarşı birliyimizi, gücümüzü daha da möhkəmləndirməliyik”.
Polkovnik hesab edir ki, Azərbaycana qarşı yuxarıdan baxmaq istəyənlər son üç ilin tarixini yaxşı dərk etməlidir:
Üzeyir Cəfərova görə, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olması tarixi hadisədir:
“Buna dar çərçivədən baxmaq olmaz. Təbii ki, bundan sonra da Azərbaycanı istəməyən qüvvələr, dövlətlər sakit dayanmayacaq. Ona görə də, dövlətimizin, xalqımızın etibarlı müdafiəsi üçün bütün zəruri işləri bundan sonra da davam etdirməliyik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar