Xəbər lenti
Xankəndidəki parad dönməzliyin əlamətidir - Korotçenko
Xankəndidə keçirilən hərbi parad Azərbaycanın suverenliyinin bərpasının dönməzliyinin əlamətidir.
Manevr.az xəbər verir ki, bu barədə "Milli müdafiə" jurnalının baş redaktoru, hərbi analitik İqor Korotçenko bildirib.
"Rusiyanın ekspertlər icması, on milyonlarla Rusiya vətəndaşı adından Azərbaycan xalqını, Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etmək istəyirəm. Bu, Azərbaycanın tarixində möhtəşəm bir hadisə və Azərbaycan xalqının arzularının yerinə yetirilməsidir. Bu gün Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Azərbaycan güclü, effektiv, gələcəyə baxan müasir dövlətdir", - Korotçenko bildirib.
Ekspert vurğulayıb ki, İkinci Qarabağ müharibəsində və sentyabrın 19-20-də Qarabağdakı antiterror tədbirləri zamanı Azərbaycan Ordusu öz effektivliyini nümayiş etdirib:
"Azərbaycan Prezidenti, Ali Baş Komandan strateji uzaqgörənliyin zəfərini bir daha nümayiş etdirdi. Xankəndidə keçirilən hərbi parad ötən vaxt ərzində baş verən dəyişikliklərin sarsılmaz olmasının təzahürüdür. Bu hərbi parad Azərbaycanın suverenliyinin dönməzliyinin əlamətidir. Ölkənin suverenliyinə qəsd etmək fikrinə düşən hər hansı təcavüzkar darmadağın ediləcək".
Ekspert qeyd edib ki, bu gün Azərbaycanın həm də nüfuzlu rəqibləri var.
"Biz onların səsini, yalanlarını, böhtanlarını eşidirik, amma Qələbə və Azərbaycanın səmərəli dövlət quruculuğu modeli ilə müqayisədə onlar, sadəcə kölgədə qalır və yox olurlar. Əminəm ki, görkəmli siyasətçi İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan yalnız uğurlara və gələcəyə doğru irəliləyişə layiqdir", - deyə İ.Korotçenko vurğulayıb.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar