Xəbər lenti
“Şuşa Bəyannaməsi Türk ölkələri üçün model ola bilər” – Millət vəkili
“Türk Dövlətləri Təşkilatının Astanada keçrilən Zirvə görüşü qardaş və müttəfiq ölkələrin münasibətlərinə yeni təkan verəcək. Azərbaycan Prezidenti İlham Əliyevin görüşdəki çıxışında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da artırılmasına ehtiyacın olmasını qeyd etməsi yeni dövr üçün Türk Dövlətləri Təşkilatının daha da inkişafına yönəlmiş təşəbbüsdür”.
Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkili bildirib ki, TDT özünün müdafiə mexanizmlərini yaratmaq və gücləndirmək imkanlarına malikdir: “Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, “bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır: “Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”. Prezident bu əməkdaşlığı zəruri hesab edir. Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığının nəticələrini biz torpaqlarımızın işğaldan azad olunmasında gördük. Təbii ki, ortada mühüm bir nümunə mövcuddur - Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” yeni dövr üçün Türk dövlətlərinin hərbi əməkdaşlığında model ola bilər. TDT bu yolla yeni imkanlar qazana, eyni hərbi əməkdaşlıqlar formalaşdıra və bölgəsəl təhlükəsizliyin təminatında qarantlar əldə etmiş olar.
Xatırladaq ki, Şuşa Bəyannaməsində qeyd edilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Azərbaycan hər zaman Türk dünyasının birləşməsində təşəbbüskar rolunda çıxış etdiyini deyən A.Məmmədovun sözlərinə görə ölkəmiz bundan sonra da, Türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirlərlə bir daha təsdiqləyib: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar