Xəbər lenti
Kanadanın ermənipərəst mövqeyi riyakarlıqdan formalaşıb – Millət vəkili
Azərbaycan əraziləri 30 ilə yaxın Ermənistan tərəfindən işğalda saxlanıldıqda, 1 miyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildikdə beynəlxalq birlik buna göz yumurdu. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistanın silahlı qüvvələrindən qeyd-şərtsiz boşaldılması ilə bağlı çıxarmış olduğu qətnaməsi 30 il kağız üzərində qaldı. Ermənistan isə faktiki olaraq Azərbaycanın nəzarətdə saxladığı ərazilərində etnik təmizləmə, soyqırım siyasəti həyata keçirib. 2020-ci 27-i sentyabrında başlayan və 44 gün davam edən II Qarabağ Müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli razılaşma ilə Ermənistan üzərinə öhdəliklər götürsə də bunu icra etmədi. Müharibənin bitməsindən keçən 3 ilə yaxın müddətdə Ermənistana məxsus 10 minə yaxın silahlı birləşmələr qeyri-qanuni olaraq Azərbaycan ərazisində qalmışdı. Eyni zamanda Ermənistan Azərbaycana qarşı növbəti dəfə ərazi iddiası ilə çıxış edir, separatizmi açıq şəkildə dəstəkləyirdi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş lokal antiterror tədbirləri ilə Azərbaycan ərazisi üzərində suverenliyini bərpa etdi. Bunun ardınca Qarabağda yaşayan erməni əsilli şəxslər Azərbaycan ərazisindən heç bir təzyiq və zorakılıq olmadan, könüllü şəkildə çıxmağa başladıqdan sonra ölkəmizə qarşı əsassız iddialar səslənməyə başlayıb.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, indiki halda Qarabağda yaşamış ermənilərlə bağlı Ermənistan hakimiyyətinin və onlara havadarlıq edənlərin niyyətlərinin tamam başqa olduğu üzə çıxır: “Bu amildən daha çox Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edilir. Bütün bunlar isə onların əvvəlcədən hazırlamış olduğu “ssenarinin” tərkib hissəsi kimi ortaya çıxır. Erməni lobbisinin əlində oyuncağa çevrilmiş siyasətçilər indiki halda Azərbaycana qarşı absurd, məntiqsiz, iddialar səsləndirir. Fransa başda olmaqla bəzi ölkələrin davranışları açıq şəkildə hiddət doğurur. Regionla heç bir əlaqəsi olmayan Kanadanın yanaşmaları, davranışları məntiqsizdir və riyakarlıqdan yaranıb. Kanada xarici işlər naziri Melani Colinin bu yaxınlarda Ermənistana səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi heç bir məntiqə sığmır. Eyni zamanda onun Bakını sanksiyalarla hədələməsi açıq riyakarlığın nümunəsi hesab edilir”.
Deputat bildirib ki, Kanada XİN rəhbərinin Azərbaycanı “deportasiya”da ittiham etməsi qərəz və səlibçilik təfəkkürünün xarakterinə uyğundur: “Colinin Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycan ərazilərini müşahidə etməsi onun diplomatik davranış və normalardan uzaq olduğunu göstərir. Həmçinin onun Azərbaycanı sanksiyalarla hədələməsi isə isterikadır. Fakt odur ki, Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir. Bu ölkənin missiyası Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir. Ona görə də, yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham etməsi heç bir məntiqlə izah oluna bilməz. Çünki vaxtilə Kanadada hindu uşaqları üçün açılan çoxsaylı internatlarda onların kütləvi şəkildə öldürülməsi faktları tarixin arxivlərində yer alıb”.
Aqil Məmmədova görə, Kanada qaranlıq keçmişini unudub tanımadığı regionla bağlı mövqe sərgiləməsi özü üçün ziyanlıdır: “Kanada XİN başçısının səsləndirdiyi cəfəng fikirlər göstərir ki, nazirin adi coğrafi bilikləri yoxdur. Əks halda o, Azərbaycanın əhəmiyyətini anlamış olardı. Buna misal kimi Kanada uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin etməsi faktı var. Uranın hava yolu ilə daşınması qadağan edildiyi halda onun Çin və Azərbaycan üzərindən Kanadaya daşınması mümkün olur. Çinin buna razılıq verməsi mümkün deyil. Bu mənada Kanada Azərbaycandan asılı vəziyyətdə qalır. Azərbaycan isə Kanadanın riyakarlığı və qeyri-obyektiv yanaşmaları fonunda istənilən vaxt bu ixracı dayandıra bilmək ixtiyarını özündə saxlayır. Azərbaycanın Kanadaya və onun şirkətlərinə ehtiyacı yoxdur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar