Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın son qərarı: Ermənistanın planlarını iflasa uğratdı

Tarix: 27-10-2023 16:30     Baxış: 3177 A- / A+

Azərbaycanın son qərarı: Ermənistanın planlarını iflasa uğratdı


Kanadanın xarici işlər naziri Melani Coli Ermənistana səfəri çərçivəsində Qarabağdan könüllü köçən erməni qadınlarla görüşüb. 
“Qarabağdan “qaçan” erməni qadınların fikirlərini eşitmək və öyrənmək mənim üçün vacib idi”,- deyə Melani Coli bildirib. 
O bildirib ki, Kanada Qarabağın erməni əhalisini və onların təhlükəsiz qayıtmaq hüququnu dəstəkləməyə davam edəcək. Oxşar bəyanatla oktyabrın 16-23-də Ermənistana, Azərbaycana, o cümlədən Qarabağa səfər etmiş Avropa Şurasının İnsan Haqları üzrə komissarı Dunya Miyatoviç də çıxış edib. Komissar vurğulayıb ki, Azərbaycan regionda qalan etnik ermənilərin, Ermənistana köçənlərin insan hüquqlarına, o cümlədən təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaq hüququna təminat verməlidir.
Əslində, Qarabağdan köçmüş ermənilərin geri qayıtmasına təhlükəsilik zəmanətinin verilməsi ilə bağlı çağırışlar son vaxtlar Qərb rəsmilərinin bəyanatlarında tez-tez səslənir. Ancaq bu cür açıqlamalar verilərkən daha çox ermənilərin mövqeyindən çıxış edilir. Halbuki, Azərbaycan dövləti erməni sakinlərin təhlükəsizliyinə təminat verdiyini əvvəldən bəyan edib və yaşayış yerlərini tərk etməməsi üçün onlara müraciət ünvanlayıb. 
Lakin Azərbaycan əleyhinə separatçılıq, etnik təmizləmə və soyqırım törətmiş ermənilər Qarabağa qayıdaraq yaşaya bilməz. Bu, həmçinin, işğal dövründə Azərbaycan ərazisində qanunsuz məskunlaşdırımış və xarici ölkələrin vətəndaşı olan ermənilərə də aiddir. Qarabağdan Ermənistana kütləvi köç etməyə üstünlük verən ermənilər “Laçın” sərhəd-buraxılış məntəqəsində Azərbaycan telekanallarına verdikləriləri açıqlamada onları heç kimin qovmadığını, zorakılığa məruz qalmadıqlarını deyiblər. Ermənilər keçmiş qondarma rejimin çağırışı ilə bu qərarı könüllü qəbul etdiklərini bildiriblər. 
Xankəndidə və ətraf ərazilərdə qalıb yaşamağa üstünlük verən ermənilərin təhlükəsizliyi isə tamamilə təmin olunub. Onlara tibbi, sosial xidmətlər göstərilir, həyatları üçün hər hansı təhlükə yaranmayıb. Ancaq Qərb siyasətçiləri korporativ maraqları naminə bu faktları görməzdən gəlirlər. Çünki onların əsl niyyəti başqadır. Məqsəd erməniləri “qaçqın” adı altında kütləvi Qarabağa köçürmək, yenidən onların hüquq və təhlükəsizliyi məsələsini gündəmə gətirməkdir. Ermənilərin təhlükəsizliyini Azərbaycanın guya təmin edə bilmədiyinə dair təbliğat isə Qarabağa Qərb dövlətlərinin müşahidə missiyasının yerləşdirilməsi niyyəti güdür. Bu planlar sonrakı mərhələdə Qarabağda ermənilərə muxtariyyət statusunun verilməsinə hesablanıb.
Paşinyan hakimiyyətinin xeyli müddətdir Azərbaycanla sülh danışıqlarının əsas prinsiplərindən birinə çevirmək istədiyi və Qərbdəki tərəfdaşlarının da dəstəyini qazanmış bu təklif oktyabrın 5-də Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqı Siyasi Şurasının rəhbərlərinin İspaniyanın Qranada şəhərində keçirdikləri dördtərəfli görüşdə qəbul olunmuş bəyanata da daxil edilib. 
Baş nazir Nikol Paşinyan isə həmin bəyanatın əsasında “yol xəritəsi”nin formalaşdığını bildirib. Bununla da Ermənistan sülh sazişinin Qranada bəyanatı əsasında qəbul olunmasına, eləcə də Qarabağdakı ermənilərin hüquqları və təhlükəsizliyi məsələsinin Azərbaycanın qarşısına qoyulmuş hüquqi öhdəlik kimi müqaviləyə daxil edilməsinə çalışır.
Azərbaycan isə bunun təxribat olduğunu bilir və heç vaxt belə sənədə imza atmaz. Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşündə də Nikol Paşinyan sözügedən “yol xəritəsi”ni müzakirəyə çıxartmaq istəyirdi. Bu baxımdan, Azərbaycan Prezidentinin bu görüşdən imtina etməsi Ermənistanın planlarını iflasa uğradıb.Cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar