Xəbər lenti
İrəvanın 8 kəndlə bağlı bəhanəsi: Bakı təqdim etməyib?
Azərbaycanın işğalda qalan 8 kəndini (Qazaxın 7, Naxçıvanın 1) azad etməmək üçün Ermənistan müxtəlif bəhanələr uydurmağa davam edir.
Manevr.az xəbər verir ki, bir müddət əvvəl “anklavların dəyişdirilə biləcəyi” ehtimalı irəli sürülmüşdü, indi isə rəsmi Bakının bununla bağlı “hüquqi sənədləri Ermənistana təqdim etmədiyi” iddiası başlayıb.
Bu fikri erməni mediasına Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib.
“Azərbaycan Ermənistan ərazisində anklavların olması ilə bağlı heç bir hüquqi sənəd, heç bir əsas təqdim etməyib. Nə qədər ki, Azərbaycan hüquqi sənədlər təqdim etməyib, “anklavların dəyişdirilməsi” məsələsini müzakirə etmək mənasızdır”, - o bildirib.
Daha bir maraqlı məqam isə Marukyanın anklavları gündəmdə saxladığına görə medianı qınamasıdır. Guya bu mövzu aktual deyil, sadəcə, erməni mediası gündəmə daşıyır:
“Azərbaycan bu barədə danışıbmı? Əgər varsa, qanuni prosedura uyğun olaraq təqdim etsinlər. Əgər hər hansı ilin xəritəsində qeyd olunan ərazilər varsa, bu o demək deyil ki, onlar Azərbaycana məxsusdur. Bu mövzu delimitasiya və demarkasiya komitəsinin iclasında müzakirə olunacaq”.
Marukyanın bu iddialarına elə erməni mediası özü cavab verib. Bildirilib ki, bu mövzu həmişə gündəmdə olub və Baş nazir Nikol Paşinyan da 2021-ci ildən mövzu ilə bağlı açıqlamalar verib:
“Nikol Paşinyan 2021-ci ildə Azərbaycan anklavları məsələsini siyasi gündəmə gətirib. İyunun 11-də parlament seçkiləri öncəsi kampaniya zamanı Azərbaycanla həmsərhəd Tavuş rayonunda olarkən, rayondakı “kimsəsiz kəndlər”dən (Azərbaycan kəndləri – red.) danışan Paşinyan noyabrın 10-da sənədi imzalayarkən 90-cı illərdə Ermənistana verilmiş anklavlar məsələsinə toxunulduğunu açıqlayıb. O bildirib ki, Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərini Azərbaycan tələb edir.
Bu ilin may ayında Nikol Paşinyan parlamentdə bildirib ki, anklavlar mövzusu həmişə siyasi müstəvidə olub:
“Məsələnin siyasi və hüquqi tərəfi var. Münhen və Brüsseldə siyasi müstəvidə belə bir söhbət oldu: biz qarşılıqlı olaraq anklavların, yəni Ermənistan Respublikasına aid olan Başkənd və hazırda Ermənistanda olan anklavların mövcudluğunu tanıyırıqmı? Azərbaycana aid olan Ermənistan ərazisi? Bəli, biz bunu siyasi səviyyədə tanıyırıq”.
Erməni mediası Paşinyanın məsələnin həlli kimi anklavların dəyişdirilməsi təklifini də xatırladıb.
Qeyd edək ki, Azərbaycan bu mövzunu ən yüksək səviyyədə daim diqqətdə saxlayır və eksklavlarını tələb edir. Anklavların dəyişdirilməsi isə qətiyyən gündəmdə deyil. Belə ki, Qazaxın 7 kəndi Ermənistanın şimal marşrutu üzərində strateji mövqedədir, Kərki isə cənub yolunda əhəmiyyətli mövqe tutur. Ermənistanın iddia etdiyi, 1920-ci ildə Ermənistana verilən Başkənd isə sərhəddən 8 km içəridə, 1500 metr hündürlükdədir. Ermənistandan ora dağlıq ərazidən gələn yol keçilməzdir və yaşayış üçün də əlverişsizdir. Üstəlik, tam olaraq Azərbaycan kəndləri ilə əhatə olunub.
Qazaxın 7 kəndi isə tam sərhəddə və bir-birinə çox yaxın, olduqca önəmli mövqedədir.
Ermənistan parlamentindəki müzakirələrdə bu faktı xatırladan deputatlar da bu kəndlərin Azərbaycana qaytarılacağı halda Ermənistanın Gürcüstan və İrana yollarının Azərbaycanın tam nəzarəti altına keçəcəyini bildirirlər.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar