Xəbər lenti
Kremlin İrəvanı çökdürmək planı – Rusiya 3 istiqamətdən vuracaq
Nikol Paşinyan bir gün Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa və boşalan yeri Fransa hərbi bazası ilə əvəz etməyə müvəffəq olsa, bunun Azərbaycan üçün təhlükəsi ola bilərmi? Ümumilikdə Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının azalması və Ermənistandan çıxması Azərbaycanın da maraqlarına uyğundur.
Manevr.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Ermənistanda möhkəmlənmək istəyən Fransa Azərbaycana Rusiya qədər problem yarada bilməyəcək, çünki qarşısında həm də Türkiyəni görəcək:
“Bununla Fransa özünü bəlaya salacaq. NATO üzvü Fransanın Ermənistanda hərbi bazası olacaqsa, digər NATO üzvü Türkiyənin də Azərbaycanda hərbi bazası olacaq. Fransa Ermənistanı Avropa İttifaqına və NATO üzvlüyünə qəbul etdirə bilməyəcək. Çünki bu, yalnız Fransanın istəyindən asılı deyil.
Elxan Şahinoğlu
Rusiya Ermənistanın simasında Cənubi Qafqazda son forpostunu itirməsinin əvəzini İrəvandan artıqlaması ilə çıxacaq. Kreml 3 addımla Ermənistanı çökdürməyə çalışacaq.
1. Ermənistana satdığı qazın qiymətini ya bahalaşdıracaq, ya da tamamilə kəsəcək;
2. Öz bazarını Ermənistan məhsullarına qapadacaq;
3. Rusiyada çalışan ermənilərin Ermənistana pul köçürmələri ya çətinləşəcək, ya da tamamilə dayandırılacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar