Xəbər lenti
Fransa bölgəyə girir - “Türkiyə Azərbaycanda baza qura bilər”
“Rusiya Ermənistanın simasında Cənubi Qafqazda son forpostunu itirməsinin əvəzini İrəvandan artıqlamasıyla çıxacaq”.
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Paşinyan bir gün Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa və boşalan yeri Fransa hərbi bazasıyla əvəz etməyə müvəffəq olarsa, bunun Azərbaycan üçün təhlükəsi ola bilərmi? Ümumilikdə Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının azalması və Ermənistandan çıxması Azərbaycanın da maraqlarına uyğundur. Ermənistanda möhkənlənmək istəyən Fransa bizə Rusiya qədər problem yarada bilməyəcək, çünki qarşısında Azərbaycanla yanaşı, Türkiyəni də görəcək. Bununla Fransa özünü bəlaya salacaq.
NATO üzvü Fransanın Ermənistanda hərbi bazası olacaqsa, digər NATO üzvü Türkiyənin də Azərbaycanda hərbi bazası olacaq. Fransa Ermənistanı Avropa İttifaqı və NATO üzvlüyünə qəbul etdirə bilməyəcək. Çünki bu, yalnız Fransanın istəyindən asılı deyil”, - ekspert bildirib.
Elxan Şahinoğlu qeyd edib ki, Rusiya Ermənistanın simasında Cənubi Qafqazda son forpostunu itirməsinin əvəzini İrəvandan artıqlamasıyla çıxacaq:
“Rusiya üç addımla Ermənistanı çökdürməyə çalışacaq. Birincisi, Ermənistana satdığı qazın qiymətini ya artıracaq, ya da axını tamamilə kəsəcək. İkincisi, öz bazarını Ermənistan məhsullarına qapadacaq. Üçüncüsü, Rusiyada işləyən ermənilərin Ermənistana pul köçürmələri ya çətinləşəcək, ya da tamamilə dayandırılacaq.
Fransa bu problemlərin hansı birinin həllində Ermənistana kömək edə biləcək? Fransa Ermənistana nəql edilən Rusiya qazını nə ilə əvəzləyəcək və ya bazarını Ermənistan məhsullarına açacaqmı?”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar