Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın azərbaycanlılara qarşı insanlığa sığmayan cinayətləri - FAKTLAR

Tarix: 25-10-2023 14:10     Baxış: 3288 A- / A+

Tarixə nəzər salsaq, azərbaycanlılara qarşı insanlığa sığmayan  saysız-hesabsız  cinayətləri barədə faktlar sadalamaq  olar. Yüz ildən artıq müddətdir ki, ermənilərin azərbaycanlılara qarşı  cinayətləri davam etməkdədir. Azərbaycanlılara qarşı insani cinayət  Ermənistanda dövlət səviyyəsində həyata keçirilən siyasət olub. Məhz bu siyasətin nəticəsidir ki, bu gün tarixi Azərbaycan torpaqlarında yaradılan  Ermənistan dövlətinin ərazisindən bütün azərbaycanlılar zaman-zaman  deportasiya edilib və bu gün o ərazilərdə bir nəfər olsun, azərbaycanlı qalmayıb. Bu deportasiyalar insanlığa sığmayan  vəhşiliklər, işgəncələr və  dəhşətli cinayətlərlə müşahidə edilib.
Manevr.az-ın xəbərinə görə, Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirdi ki, keçən əsrin 80-ci illərin sonundan etibarən Ermənistan Azərbaycan torpaqlarına iddia edərək, işğalçılıq siyasətini həyata keçirib. “Ermənistanın işğalşılıq siyasəti  dəhşətli soyqırım, terror, hərbi cinayətlərlə müşahidə edilib. 1987-ci ilin sonundan başlayaraq, Qarabağda yaşayan azərbaycanlıları öz ata yurdlarından didərgin salmaq üçün insanlara ağlasığmaz  işgəncələr verilib.

Müşfiq Məmmədli
Ermənilər tərəfindən iyirminci əsrin sonunda  Xocalı şəhərində soyqırım cinayəti törədilib. Müharibə cinayətlərinə, terrora  gəldikdə isə bunlar sadalamaqla bitməz.
1991-ci ilin  noyabrında  Azərbaycan dövlət xadimlərinə qarşı dəhşətli terror aktı törədilib. Məhz insanlığa qarşı törədilən müharibə cinayətlərinin nəticəsidir ki, bu günə kimi Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülən dörd minə yaxın azərbaycanlının taleyindən  hələ də xəbər yoxdur. Ermənilər nəinki insanlara qarşı amansız və dəhətli cinayətlər törədib, eyni zamanda, işğal etdikləri ərazilərdə yaşayış məntəqləri ilə yanaşı, tarixi-dini-mədəni abidələri də vandalcasına tamamilə məhv ediblər. Dini abidələrə qarşı təhqiredici, aşağılayıcı hərəkətlərə yol veriblər. Qədim tarixi abidələrin isə erməniləşdirilməsi istiqamətində işlər görüblər”, – deyə deputat qeyd edib.

Deputat Cavid Osmanov isə bildirib ki, tarix boyunca ermənilər tərəfindən azərbaycanlılara qarşı insanlığa sığmayan cinayətlər törədilib. “1987-ci ildən başlayaraq, bu cinayətlər yeni mərhələyə qədəm qoyub. İlk növbədə İrəvan, Göyçə, Basarkeçər, Vedibasar, Dərələyəz, Zəngəzur və digər ərazilərdə yaşayan azərbaycanlılar öz yurdlarından  ən zorakı, işgəncə metodlardan istifadə etməklə məcburi şəkildə didərgin salındılar. 1918-ci ildən etibarən isə  Qarabağda yaşayan azərbaycanlılara qarşı davamlı  cinayətlərin şahidi olduq. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bu cinayətlər silsilə xarakter aldı. Azərbaycanlılara qarşı ən amansız formada müharibə cinayətləri, terror, soyqırım siyasəti həyata keçirildi. İşğalçılıq, zorakı qaydalarla azərbaycanlılar öz evlərindən məcburi köçkün vəziyyətə salındı.  Minlərlə insan əsir və girov götürüldü. Onların  əksəriyyətinin taleyindən hələ də xəbər yoxdur”, – deyə deputat qeyd edib.

Cavid Osmanov
O əlavə edib ki, İkinci Qarabağ savaşından sonra tədricən həmin əsir və girovlara qarşı insanlıqdan uzaq amansız davranışlarla qətlə yetirdikləri  üzə çıxır: “Artıq işğaldan azad edilən Xocavənd rayonu, Şuşa şəhəri ərazisində amansız cinayətlər nəticəsində qətlə yetirilən azərbaycanlıların   kütləvi məzarlıqları aşkar edilməkdədir. Ümumiyyətlə, ermənilər işğalçılıq siyasətini həyata keçirərəkən heç bir insani və beynəlxalq  humanitar qanunvericiliyin tələblərinə əməl etməyiblər. Həmin qanunları kobud surətdə pozaraq, ən dəhşətli  cinayətləri həyata keçiriblər. Azərbaycanın işğal edilmiş ərazilərində şəhər, qəsəbə və kəndləri, həmçinin tarixi-mədəni-dini abidələri   vandalcasına məhv edilib. İşğaldan öncə fəaliyyət göstərən 67 məsciddən 65-i tamamilə məhv edilib. Bir çoxunda isə heyvan saxlanılıb. İslamdan öncəki tarixi abidələr erməniləşdirilib. Çox təəssüflər olsun ki, törədilən bu cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edilsə də, nəticəsiz qalıb və biganə yanaşılıb. Ermənilərin törətdiyi cinayətlərə reaksiya verilməyib. Amma biz bu gün  təəssüflər olsun ki, bunun tam əksinin şahidi olmaqdayıq.  Azərbaycan  istər 44 günülük müharibə dövründə, istərsə də bu ilin sentyabrın 19-da keçirilən lokal antiterror əməliyyatları zamanı bütün beynəlxalq humanitar qaydalara  və bəşəri dəyərlərə riayət edərək, mülki insanlara, mülki obyektlərə, tarixi-dini-mədəni abidələrə ziyan vurmadı. 23 saatlıq antiterror tədbirlərindən sonra öz istəkləri ilə Qarabağı tərk edən ermənilərə isə  hər cür humanist münasibət sərgiləndi. Lakin  ortada bir faktın olmamasına baxmayaraq, Azərbaycana qarşı qərəzin, yalanın, olmazın böhtanının şahidi olmaqdayıq. Azərbaycan tərəfinin minlərlə  bəşərə və insanlığa sığmayan dəhşətli cinayətləri ilə bağlı faktları təqdim etsə də, beynəlxalq aləm isə susur və görməzlikdən gəlirlər. Bu, bir daha beynəlxalq aləmin baş verən hadisələrin hamısına ədalətli yanaşmadığını, qərəzli mövqe  ortaya qoyduğunu göstərir. Bu  cür yanaşma da dünyanın başqa yerlərindəki hadisələrdə mənfi presidentlərə səbəb olur”.

Deputat Kamran Bayramov isə bildirib ki, insanlığa sığmayan  terror cinayəti  Ermənistanın dövlət siyasəti səviyyəsində  Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirilən siyasətinin tərkib hissəsidir:

Kamran Bayramov
“Ermənilər yüz ildən artıq müddətdən Azərbaycan dövlətçiliyinə, dövlət, ictimai xadimlərinə və insanına qarşı davamlı olaraq terror cinayətini həyata keçirib. Ermənilər hələ 1918-1920-ci ildə mövcud olan Azərbaycan Xalq Cünhuriyyətinin tanınmış simalarına və nümayəndələrinə qarşı terror aktları həyata keçiriblər.  Bu siyasət sovetlər dönəmində də davam edib. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra da  ermənilər  istər Azərbaycan dövlətinə qarşı, istərsə də vətəndaşlarına qarşı  çoxsaylı terror aktı törədib. Müstəqilliyimizi bərpa etdikdən sonra  ermənilərin Bakı metro stansiyalarında və digər yerlərdə çoxsaylı insan itikisinə səbə olan dəhşətli terror aktları  törədiblər.
İkinci Qarabağ savaşı zamanı isə ermənilər beynəlxlaq humanitar qanunvericiliyi pozaraq, müharibə bölgəsindən uzaq ərazilərdə mülki insanlara  və obyektlərə qarşı terror hadisəsi törədiblər. Nəticədə Gəncədə, Bərdədə, Ağdamda, Tərtər və digər şəhərlərə qadağan olunmuş raketlər atılıb. İnsanlığa sığmayan bu terror aktı nəticəsində onlarla insan həyatını itirib, mülki obyektlər dağılıb.
Bununla kifayətlənməyən ermənilər müharibə dövründə qadağan olunmuş fosfor bombalarndan istifadə etməklə ekoterror cinayətləri törədib meşələri yandırıblar.
Ermənilərin ekoloji terroru 44 günlük müharibədən sonra davam edib.
İkinci Qarabağ müharibəsindən sonra isə mina terroru bu günə kimi də davam etməkdədir.  İndiyədək 331 nəfər mina terrorunun qurbanı olub və bu davam etməkdədir. Lakin təəssüflər olsun ki, beynəlxalq birlik ermənilərin bu bəşəri cinayətlərinə qarşı lazımi səviyyədə reaksiya vermir.  Ermənilərin bəşəri cinayətləri isə bölgədə dayanıqlı sülhün əldə olunmasına hələ də əngəl törətməkdədir. Amma onların bütün bu cəhdləri nəticə etibarı ilə puça çıxacaq. Azərbaycan öz gücü və qüdrəti ilə bütün bu çətinliklərin öhdəsindən gəlib, qalib çıxacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar