Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan və Türkiyənin birgə təlimi mesajdır - General

Tarix: 24-10-2023 14:26     Baxış: 3359 A- / A+


   
Hazırda biz tarixi günlərdən birinə şahidlik edirik. Bu il birgə hərbi təlimlərin keçirilməsinin 10-cu ili, eyni zamanda Türkiyə və Azərbaycan arasında müdafiə sahəsində əlaqələrin qurulmasının 32-ci ili tamam olur.
Manevr.az-ın xəbərinə görə, bu sözləri axar.az-a Azərbaycanda keçirilən "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminin əhəmiyyəti haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General təlimin bölgəni qarışdırmaq istəyən bölgə və dünya ölkələrinə güclü mesaj olduğunu vurğulayıb:
“Təlimlər il boyunca keçirilən təlim-tədris prosesinin ən son mərhələsidir. Atış təlimləri isə bunların içərisində ən çətin olanıdır. Keçirilən təlim bölgəni qarışdırmaq istəyənlərin mövcud olduğu çətin geosiyasi şəraitdə Azərbaycanın yaratdığı yeni reallıqla barışmaq istəməyən Ermənistan ilə Fransa kimi bölgə və dünya ölkələrinə verilən bir mesajdır. Digər tərəfdən təlimə Özbəkistan, Qazaxıstan, Tacikistan kimi ölkələrin yüksək vəzifəli nümayəndələrinin qatılması ona xüsusi bir məna qatır. Təlimin Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ilinə həsr olunması və Qazi Mustafa Kamal Atatürkün adını daşıması ortaq tariximizdən güc aldığımızı və qarşıdakı dövrdə qardaşlığımızın daha da möhkəmlənəcəyini göstərir. Bununla bərabər təlimlərin Naxçıvan, Bakı və düşmən işğalından azad edilən ərazilərdə keçirilməsi də xüsusilə diqqətçəkən məqamlardandır. Ordular çox zaman sülhün təmin edilməsi və qorunması üçün öz güclərini nümayiş etdirirlər. Ölkələrimiz arasında qardaşlıq əlaqələri Azərbaycanın müstəqilliyinin 100-cü ilinin tamam olduğu 2018-ci ildən sonra tarixin ən yüksək dövrünü yaşayır. Bu əlaqələr çərçivəsində Azərbaycanın ordu quruculuğu və dinamik ordu idealı, Türkiyə Silahlı Qüvvələrinin modelinə keçid hədəfinə çatmaq istiqamətində artıq eyni hərbi texnikanı istifadə edirik, eyni təlim-tədris proseslərini keçiririk, eyni koordinasiyaları aparırıq, eyni şeyləri düşünüb, hiss edib ehtiyac yarandığı halda ortaq düşməni məhv edə biləcəyimizi göstəririk. Sonsuzadək davam edəcək bərabərliyimiz dostlarımıza güvən verir, düşmənlərimizə qorxu salır”.
Qeyd edək ki, bu gün "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində "Yüksək səviyyəli müşahidəçi günü” keçirilir. Tədbirdə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülər, Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şirəli Mirzə, Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil Departamentinin rəisi general-mayor Jumabek Əhmədov və Özbəkistan Respublikasının müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadircan Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də Türkiyənin müdafiə sənayesi sahəsində çalışan bir neçə şirkət rəhbəri və nümayəndəsi iştirak edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar