Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
BÜTÜN XƏBƏRLƏR

Özlərini Xankəndidə “dəfn edənlər” - Onları ruslar da xilas edə bilməyəcək

Tarix: 22-10-2023 16:18     Baxış: 3269 A- / A+


Azərbaycanın daxili siyasətində əsas ideologiya Qarabağ üzərində qurulmuşdu və əsas təbliğat da "bu hakimiyyət torpaqları azad edə bilməz” tezisi ətrafında aparılıdı. Hətta bir müddət "demokratiya olmadan torpaqları azad etmək mümkün deyil” fikri də məşhur idi.
44 günlük müharibə "Əliyev torpaqları azad edə bilməz” deyən siyasi müxalifətin bəlli bir kəsimi üçün qırılma nöqtəsi oldu. Daxili siyasi mübarizənin məsələ dövlət maraqları olanda kənara qoyulması məntiqi müharibədə qazanılmış qələbənin tamamlanması prosesi ətrafında birləşməni tələb etsə də, bunun əksi baş verdi: Xankəndi və digər ərazilər ermənilərə verildi, Əliyev torpaqları Rusiyaya satdı və s. üzərindən ərazilərin azad olunması faktını arxa plana keçirməyə çalışdılar.
Bu prosesdə üçüncü tərəf olaraq iki ölkə də maraqlı idi: Ermənistan (erməni diasporu) və Rusiya; bununla Xankəndi və digər ərazilərin itirildiyi rəyini Azərbaycan ictimaiyyətinə qəbul etdirir və Əliyevin reytinqini baltalayırdılar;
Və bu, prosesin eyni mərkəzlərdən idarə olunduğu, yaxud Əliyevə qarşı olanların uzlaşan maraqlarının koordinasiya edildiyi fikrini həmişə aktual olaraq saxlayacaq.
Bu baxımdan, 10 noyabr 2020-ci ildən 15 oktyabr 2023-cü ilə qədərki müddət Əliyev üçün 44 günlük müharibə qədər əhəmiyyəti idi. Nəticə onun dediyi və xalqın istədiyi kimi oldu.
- Ermənilərə nəinki status, ümumiyyətlə heç nə verilmədi;
- Xankəndidə Azərbaycan bayrağı ucaldıldı;
- Hətta Qarabağda erməni belə qalmayıb desək yanlış olmaz;
"Proqnozları” doğru çıxmayan bəlli kəsimin vəziyyətdə olduğu müşahidə edilir, çünki önlərində iki yol qalıb: ya mövcud nəticələri qəbul edib, Əliyevi təbrik etməlidirlər; ya da bu nəticələri ictimai rəydə "əritmək” üçün yeni iddialar tapmalıdırlar;
Birinci yolu seçmək perspektiv baxımından da siyasi müdriklik olardı, xüsusilə yeni siyasi proqramların hazırlanması, mübarizə vasitələrinin dəyişdirilməsinin vacibliyi fonunda. Amma ikincini seçdikləri görünür və bütün "proqnozlar” səhv çıxmasına rəğmən, yeni iddialar irəli sürülür.
Aralarında ən ağıllı qəbul edilənlər "beynəlxalq şərtlərin dəyişməsi” fikrindən çıxış edir. Ki, məsələ dəyişən şərtlər yox, bunu doğru oxumaq və istifadə etmək qabiliyyətidir. Və "beynəlxalq şərtlərin” Xankəndiyə bayraq sancılmasına qədər dəyişməsinin mümkün olmadığı da aydındır.
- Xankəndiyə bayraq Putinin Paşinyanı devirmək planına görə sancıldı;
- Xankəndi bir neçə saatlıq kirayəyə götürülüb;
- Xankəndidə Rusiyanın narkotik plantasiyası olacaq;
- Bunu Rusiya verdi, sabah Putinin fikri dəyişəndə geri alacaq;
Və bu kimi siyasi fəhm baxımından biabırçı adlandırıla biləcək fikirlər irəli sürülür. Bununla ictimai rəyi dizayn etmək mümkün deyil, çünki son üç ildə bütün limitlərini xərclədilər və belə davam etmək, özlərini siyasi baxımdan elə Xankəndidə "dəfn etmək” deməkdir. İndi rus sülhməramlıların hələ də qalması onlar üçün son "istinaq nöqtəsi”dir, hərçənd, belə demək mümkünsə, ruslar da onları xilas edə bilməyəcək.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar