Xəbər lenti
İrəvan Bakıya qarşı İsraildən sui-istifadə edir
Ermənistanın və erməni lobbisinin dezinformasiya maşını Azərbaycana qarşı növbəti kampaniyaya başlayıb. Belə ki, erməni saytlar İsrailin Qəzza bölgəsini bombalaması və bu zaman mülki insanların qətli fonunda İsrail-Azərbaycan hərbi əməkdaşlığına dair müxtəlif dillərdə şişirdilmiş və həqiqətə uyğun olmayan xəbərlər və analizlər yayırlar.
Manevr.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloqun sözlərinə görə, Azərbaycanın İsraildən hərbi texnika alması və bu ölkəyə neft satması məlum faktdır:
“Bu bizim təbii haqqımızdır, modern silahlara və enerji resurslarımızı almaq istəyən dövlətlərlə əməkdaşlığa ehtiyacımız var. Erməni saytları buna əlavə olaraq guya İsrailin Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məlumatları toplayan mərkəzlərinin fəaliyyət göstərdiyi barədə saxta “analizlər” yayırlar. Erməni lobbisi bu cür saxta “analizləri” xarici ölkələrdəki bir sıra mərkəzlərin əli də yaymağa müvəffəq olur. Məqsəd isə aydındır. Bu yolla İranda və bir sıra ərəb ölkəsində antiazərbaycan əhval-ruhiyyəsini gücləndirməyə çalışırlar. Bizim Yaxın Şərqdəki hadisələrə mövqeyimiz digər sivil ölkələrin mövqeyindən fərqlənmir. Bölgədə sülh istəyirik, mülki insanların ölümünü, xəstəxanalara və məktəblərə zərbələr endirilməsini pisləyirik. Həmçinin, Fələstinin müstəqilliyi ilə bağlı BMT qətnaməsini dəstəkləyirik”.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar