Xəbər lenti
Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 20 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu
Müşfiq Məmmədli
Milli Məclisin üzvü
Azərbaycan xalqı olaraq tariximizin ən şanlı günlərini yaşayırıq. Möhtərəm Prezident, Müzəffər Ali baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin parlaq qələbəsi olaraq Xankəndi, eləcə də digər ərazilərimiz öz həqiqi sahiblərinə qovuşdu. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı.
Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 20 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Millət olaraq gələcək nəsillər qarşısında üzümüz ağ, alnımız açıqdır. Üç rəngli şanlı bayrağımız Azərbaycanın dilbər guşəsi olan Qarabağımızda dalğalanır. Bu xoşbəxtliyi bizə yaşadan şəhidlərimizin, eləcə də bu nisgili ürəyində daşıyaraq həyatdan köçən hər bir vətəndaşımızın ruhu şaddır!!! Yaşasın Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev! Var olsun Şanlı Azərbaycan Ordusu!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar