Xəbər lenti
Ermənilərə qaçqın statusu niyə verilə bilməz? - Professor
Qarabağdan köçən ermənilərə qaçqın statusu verilməsi üçün ya Azərbaycan vətəndaşı olmalı, ya da vətəndaşlığı olmayan şəxs olmalıdır.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.
Mehdiyev bildirib ki, “dqr” tanınmadığı üçün Qarabağda yaşayan ermənilər xaricə Ermənistan pasportu ilə gedirdilər:
“Beləliklə, Qarabağdakı ermənilərin böyük əksəriyyəti xaricdə de-yure Ermənistan vətəndaşı kimi qəbul edilir. Ermənistan vətəndaşlarına hansı hüquqla qaçqın statusu verilə bilər? Digər tərəfdən, Ermənistan özü də pasport verdiyi və hətta vermədiyi Qarabağdan köçən ermənilərə qaçqın statusu verə bilməz. Çünki məcburi köçkün statusu yaşadığı yerdən məcburi şəkildə köçən şəxslərə verilir. Lakin ermənilər bu əraziləri məcburi yox, könüllü tərk edib. Məlum məsələdir ki, Azərbaycan həmin şəxsləri qovmayıb, əksinə, bölgədə qalmalarını təklif edib. Ona görə də onlara məcburi köçkün statusunun verilməsinin doğru olmadığını düşünürəm”.
Hüquqşünasın sözlərinə görə, məcburi köçkün statusu almaq üçün beynəlxalq tribunallara müraciət etmək mümkün deyil:
“Lakin nümunə olaraq deyək ki, Almaniya həmin şəxslərə qaçqın olaraq viza vermək istəsə, bunu edə bilər. BMT-nin İnsan Hüquqları Şurasında Fransanın təşəbbüsü ilə Qarabağdan Ermənistana köçən erməni əhalisinə “qaçqın statusu”nun verilməsi ilə bağlı Azərbaycan əleyhinə birgə bəyanat verilib. Lakin qərar verilmədən öncə nəzərə alınmalı idi ki, ermənilər oradan özləri təhlükəsiz şəraitdə, mülki əhali yaralanmadan, oğurlanmadan, evləri yandırılmadan köçüblər. Onlar sadəcə Azərbaycan ərazisində yaşamaq istəməyib. Bu isə ermənilərin öz problemidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar