Xəbər lenti
Xalqımız əmindir ki, İlham Əliyevin rəhbərliyi altında uğurlar və qələbələr bizi gözləyir! - Deputat
Müşfiq Məmmədli
Milli Məclisin üzvü
Ötən 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyanın prioritetləri arasında Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası hər zaman əsas yeri tutub. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri cəkərək, nə qədər haqlı olduğunun hər ötən il bir daha şahidi oldugumuz bu sözləri deyirdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Geridə qalan bu 20 ilə nəzər yetirsək əminliklə deyə bilərik ki, bu Azərbaycan xalqının Azərbaycan dövlətinin qələbələrlə taclandırılmış möhtəşəm tarixinin qızıl hərflərlə yazılmış ayları və illəridir.
Bu illərdə neft strategiyasının uğurla həyata kecirilməsi qeyri-neft sektorunun iqtisadiyyatda cəkisinin artırılması nəhəng infrastruktur layihələri həyata keçirildi. Gənc nəslin sağlamlığının qorunması istiqamətində məqsədyönlü şəkildə idman infrastrukturunun qurulması, yüzlərlə səhiyyə ocağının müalicə- diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin yeni dövrün tələbinə uyğun qurulmasına mühüm təkan verdi.
Respublikamızın sosial-iqtisadi inkişafı cəmiyyət həyatının bütün sahələrində olduğu kimi səhiyyə sistemində də öz müsbət nəticələrini vermişdir. Müasir dövrümüzdə səhiyyənin idarə olunması,yeni dövrün çağırışlarına uyğun islahatların aparılması ,tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir.
Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən, tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğurlu islahatlar əhalinin sağlamlığının təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 700-ə yaxın səhiyyə müəssisəsinin əhalinin istifadəsinə verilməsi insan sağlamlığına ayrılan diqqətin bariz nümunəsidir.. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxanalar dünya standartlarına uyğunlaşdırılıb. Yeni istifadəyə verilən, təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələrindən avadanlıqlar gətirilir.
Hazırda ölkəmizdə 40 minədək həkim, 54 mindən artıq tibb işçisi əhalinin sağlamlığı keşiyində dayanır.
Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmətin səviyyəsinin yüksəlməsinə imkan yaradır. Nəzərinizə catdırmaq istəyirəm ki aparılan islahatlar və görülən titanik səylər nəticəsində ölkənin səhiyyə büdcəsi 3 mlrd manata yaxınlaşır.
Səhiyyə islahatları Cənab Prezidentin siyasi iradəsi nəticəsində uğurla irəliləyir və dönməz xarakter almışdır. İcbari tibbi sığortanın tətbiqi və yeni səhiyyə idarəciliyi cox qısa zamanda Azərbaycanın səhiyyəsinin yeni səviyyəyə yüksəlməsini təmin edəcəkdir. Bu sahədə də sosial dövlət modeli və əhalinin məmnunlugu və hər kəs üçün əlcatan səhiyyə modeli əsas götürülmüşdür. Bütün bunlarla yanaşı səhiyyə işcilərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması prioritet olaraq əsas götürülmüşdür.
Dünyanı cənginə alan koronovirus pandemiyası zamanı Azərbaycan ÜST tərəfindən digər dünya dövlətlərinə nümunə olaraq göstəridi. Ugurlu səhiyyə siyasəti yürüdən Azərbaycan dövləti həm öz xalqını təhlükələrdən qorudu, həm beynəlxalq miqyasda pandemiya ilə mübarizəyə mühüm töhfələr verdi.
Bütün bu fəaliyyətin əsasında xalqa, vətənə sevgi, öz xalqının milli dəyərlərinə sadiqlik durur. Azərbaycan xalqı əmindir ki Cənab Prezident və Müzəffər Ali Baş Komadanın rəhbərliyi altında uğurlar və qələbələr bizi gözləyir!!!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar