Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ üçün terror planı qurulur - Meral Akşenerdən sensasiyalı ÇIXIŞ

Tarix: 12-10-2023 12:30     Baxış: 3273 A- / A+
Qarabağ üçün terror planı qurulur - Meral Akşenerdən sensasiyalı ÇIXIŞ
Türkiyənin İYİ Partiya sədri Meral Akşener parlament üzvlərinin qrup toplantısındakı çıxışında Yaxın Şərqdəki hadisələrə, Azərbaycana və ermənilərin mümkün terror təhdidlərinə toxunub. Onun çıxışındakı bəzi məqamlardan belə məlum olur ki, terrorçuların Qarabağla bağlı hasısa “planları” ola bilər.

Manevr.az modern.az-a istinadən Meral Akşenerin səsləndirdiyi fikirləri təqdim edir:

“Fələstin hökuməti Türkiyəyə qarşı erməni lobbisinin yanında olub. Fələstin hökuməti uyğur türklərinə qarşı Çinin yanında idi. Fələstin hökuməti Kipr türklərinə qarşı yunan administrasiyasının yanında olub. Türk milləti hər kəsin “bitdi” dediyi anlardakı dirilişin adıdır.

Şükür Allaha, bu gün bütün dünya növbəti şanlı mübarizədən sonra Türklərin yeni dirçəlişinə, yeni qələbəsinə şahid olur. Bu günə qədər Qarabağ təkcə Azərbaycanın deyil, böyük bir coğrafiyada hər bir Türkün davası olmuşdur.

Nə yaxşı ki, biz bu davanın sona çatdığını görə bildik. Şübhəsiz ki, Qarabağ bizim üçün bir həsrət, Türklüyün qovşağı, hüquq və azadlıq mübarizəsinin adıdır. Eyni zamanda, Qarabağ bizim üçün bölgəmizdə sülh və əmin-amanlığı təmin etmək baxımından mədəniyyət və ticarət körpüsüdür ki, onu tez bir zamanda sağlamlaşdırmaq  lazımdır. Təxminən 30 il əvvəl Azərbaycan ərazisinin 20 faizini təşkil edən Qarabağ işğal edilmiş, 1 milyondan çox bacı-qardaşımız öz yurd-yuvasından köç etmək məcburiyyətində qalmışdı.

Heç vaxt unutmuram: Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadə onları “didərgin” adlandırırdı. Yəni, öz yerindən-yurdundan sürülən, köçməyə məcbur olan qardaşlarımız. Vahabzadə onların çəkdiyi əziyyəti şeirində belə təsvir etmişdi:

“Başına haranın külünü töksün,
Sinəsi əzabdan dağ-dağ didərgin.
Təzə vətənində qərib, çəkingən,
Köhnə vətənindən qaçaq didərgin”.

İllərlə davam edən bu böyük mübarizə, bu böyük iztirab 2-ci Qarabağ müharibəsi nəticəsində can Azərbaycanımızın qələbəsi ilə başa çatdı. 2020-ci il noyabrın 10-da imzalanmış atəşkəs razılaşması ilə Qarabağ öz azadlığını bərpa etdi. Lakin son iki ildə sazişin heç bir müddəasına əməl olunmadı. Azərbaycanın ərazi bütövlüyünə məhəl qoyulmamağa çalışıldı. Bu səbəbdən sentyabrın 19-da Azərbaycan Ordusu Xankəndi və ətrafına yönəlik antiterror tədbirləri keçirərək konstitusion hüquqlarını təmin etdi.

Beləliklə, “Dağlıq Qarabağ” ifadəsi tarixə çevrildi.

Hörmətli deputatlar, indi bizim regionda sülh və sabitlik üçün çox önəmli fürsətimiz. Bu fürsət yaxşı dəyəndirilsə, Azərbaycanla Türkiyə arasında birbaşa və fasiləsiz nəqliyyat təmin ediləcək. Və beləliklə, Türk Dünyasının inteqrasiyası üçün tarixi bir addım atılacaq.

Bundan əlavə, Zəngəzur dəhlizinin açılması və onun Orda dəhlizə qoşulması bütün region ölkələrinin, o cümlədən Ermənistanın iqtisadiyyatına böyük töhfələr verəcək. Bölgədə xaos və münaqişə əvəzinə sülh və sabitlik hökm sürəcək. Hətta bunu gerçəkləşdirmək mümkün olarsa, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin sağlam nəticə əldə edəcəyini rahatlıqla deyə bilərik.

Lakin unutmaq olmaz ki, bu imkanlar həm də təhlükələr gətirir. Biz imkan verə bilmərik ki, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirə biləcək və regionda yaranan bu potensiala mane olacaq yeni terror ocağı  meydana çıxsın. Çünki son zamanlar uşaqlara kiçik yaşda silah təlimi verərək, terroru təşviq etməklə Qarabağda daimi sabitliyin qarşısını almaq üçün terror təşkilatının əsaslarının qoyulduğunu görə bilirik.

Qarabağda Azərbaycana qarşı varlığını göstərə bilməyən Ermənistan “Asala”ya əsaslanan “Voma” adlı təşkilatla asimmetrik müharibəyə hazırlaşır. Üzbəüz döyüşdən qaçanlar öldürmək üçün xain yollar axtarırlar. Biz bilirik ki, Ermənistan hökumətləri uzun illərdir PKK-ya maddi-texniki və insan resursları dəstəyi verir. Təməlində Türk və Türkiyə düşmənçiliyi olan bu birliyin “Voma-PKK” ortaqlığı ilə davam etməsi təbii ki, mümkündür.

Buna görə də sərhədlərimizdəki boşluqları dərhal aradan qaldırmalı, sərhədlərimizi terrorçuların keçidinə qarşı daha möhkəm qorumalıyıq. Bu terror quruluşunu diplomatik yollarla aradan qaldırmaq üçün biz bütün məlumat və sənədləri beynəlxalq ictimaiyyətə çatdırmalı, Ermənistana isə terrora sərmayə qoymağın qaçılmaz nəticələrini izah etməli və bununla da onun növbəti tarixi səhvə yol verməsinin qarşısını almalıyıq.

Hər kəs, xüsusən də Ermənistan hökuməti bir faktı çox yaxşı bilməlidir: Qarabağ Türkdür! Qarabağ Türkündür! Qarabağ Azərbaycanındır! Heç bir terror növü bu həqiqəti dəyişdirə bilməyəcək!

Buna görə ən qısa zamanda bölgədə sülh və əmin-amanlığın bərqərar olmasını diləyir və can azərbaycanlı qardaşlarımıza sevgi və məhəbbətimizi bildirirəm.

Dəyərli dava dostlarım, təəssüf ki, coğrafiyamızda törəmə terror təşkilatlarının ortaq nöqtəsi Türk düşməni olmalarıdır. Bu gün bizim üçün PKK, YPG, DAEŞ nə olursa olsun, Qarabağı hədəf alacaq yeni terror təşkilatı da onların qanlı əksi olacaq. Ancaq bunu hamı bilməlidir: Azərbaycana qarşı bu və buna bənzər cəhdlər qarşısında Türk milləti bir yumruq kimi dayanacaq və polad yumruğu  terrorun təpəsinə endirəcək!

“Asala” ilə cəhd etdilər, lakin uğursuz oldular. PKK/YPG ilə cəhd etdilər, amma alınmadı. “Hizbullah”la cəhd etdilər, yenə uğursuz oldular. Onlar İŞİD-lə də cəhd etdilər, uğursuz oldular. FETÖ ilə cəhd etdilər, amma alınmadı.

Nədənsə bütün terror təşkilatlarının hədəfi türk millətidir. Bəziləri ulu dinimizi alət edib millət anlayışına qarşı müharibə elan edirlər. Bəzi insanlar etnik mənsubiyyətdən istifadə edərək millət anlayışına müharibə elan edirlər. Amma onların hamısının ortaq cəhəti Türk millətinə, Türk dövlətinə və Atatürkə qarşı allergiyalarıdır".
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar