Kennedilər ailəsinin üzvü Robert F.Kennedi ABŞ-da keçiriləcək prezident seçkilərində müstəqil namizəd kimi iştirak etməyi planlaşdırır.
Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, ətraf mühit məsələləri üzrə hüquqşünas və ABŞ-ın sabiq prezidenti Con Fitscerald Kennedinin qohumu, 69 yaşlı Robert Kennedi bu barədə ailəsi tərəfindən qurulan Demokratlar Partiyasını tərk edərkən deyib. O, bir müddət öncə, ABŞ Prezidenti Cozef Baydenə qarşı Demokratlar Partiyasından namizədliyini irəli sürəcəyini elan etmişdi.Robert Kennedinin ali dövlət postu uğrunda mübarizədə iştirakı Birləşmiş Ştatlarda seçki yarışını daha da mürəkkəbləşdirə bilər. Ötən həftə keçirilən sosioloji rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 14 faizi Robert Kennedini, 40 faizi Donald Trampı, 38 faizi isə Cozef Baydeni dəstəkləyib.
Seçkilərə hələ bir ildən də çox vaxt qalmasına baxmayaraq, Robert Kennedinin 2024-cü ilin noyabrında bu dəstəyi səsə çevirə biləcəyi bəlli deyil. O, həm Cozef Baydenin, həm də Donald Trampın tərəfdarlarını özünə cəlb edərək seçkilərdə qələbə qazanacağına ümid edir.
Xəbər lenti
Kennedilər ailəsinin üzvü yenidən ABŞ prezidenti ola bilər

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar