Xəbər lenti
Fransalı tarixçi: “Azərbaycan əleyhinə qətnaməyə səs vermək böyük bir səhvdir”
“Avropalı deputatların əksəriyyəti Azərbaycan əleyhinə qətnaməyə səs verməklə birbaşa Avropanın maraqlarına qarşı çıxıblar. Bu, böyük bir səhvdir, həmin addımı məhz belə qınamaq lazımdır”.
Bu fikirləri “Report”a açıqlamasında fransalı tarixçi, politoloq Maksim Quen deyib.
O, Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra baş verənləri 1921-ci və 1939-cu illərdə Türkiyədə baş verən hadisələrə bənzədib:
“Ötən ay baş verənlər 1921-ci ilin sonunda Çukurova (Adana bölgəsi) və 1939-cu ilin ortalarında Hatayda baş verənlərə çox oxşardır. 1921-ci ilin sonlarında Fransa ordusu Türkiyənin cənubunu tərk etdi, lakin Çukurova ermənilərinin 99 faizi (bəziləri türklərə nifrətlə, digərləri isə öz millətçilərinin əmrlərinə tabe olaraq və bir neçə dəfə həmin millətçilərin fiziki təhdidlərinə məruz qalaraq) ərazidən qaçdılar. Baxmayaraq ki, kamalistlər (Mustafa Kamal Atatürkün qüvvələri - red.) və fransız səlahiyyətliləri bunun əleyhinə böyük səy göstərmişdilər. Burada məqsəd türklərlə ermənilərin birgə yaşaya bilməyəcəyini “sübut etmək” və anqlo-sakson müdaxiləsini təhrik etmək idi. 1939-cu ildə türklər Hatayı geri alanda da buna bənzər bir ssenari vardı, ancaq bu dəfə məqsəd birgəyaşayışı əngəlləməklə yanaşı, nasist Almaniyası və faşist İtaliyaya qarşı Yunanıstan və Rumıniyanın dəstəklədiyi İngiltərə-Fransa-Türkiyə blokunun da qarşısını almaq idi. Lakin məqsədə çatılmadı, 1939-cu ilin oktyabrında İngiltərə-Fransa-Türkiyə ittifaqı faktiki olaraq yarandı və Yunanıstan onu dəstəklədi. Berlinin tam razılığı ilə faşist İtaliyasının agentləri millətçi ermənilərlə birlikdə mühacirətə getdilər”.
M.Quen bildirib ki, ötən ay Qarabağın erməni sakinlərinin bölgədən çıxması erməni hərbi cinayətkarları ilə səhv salınmaq qorxusundan yarandı: “Bu həmçinin “azərbaycanlılar bizi öldürəcək” təbliğatı və separatçıların Qarabağın erməni sakinlərinə getməklə bağlı verdikləri əmrin nəticəsi idi”.
Ekspert vurğulayıb ki, Azərbaycan Avropa Parlamenti ilə əlaqələrini tam şəkildə yeniləməlidir:
“Qarabağda baş verən proseslər beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılmalı, bunun üçün də ünsiyyət bacarıqları inkişaf etdirilməlidir. Bir sözlə, keyfiyyət və kəmiyyət artırılmalıdır. Yalnız Avropa Parlamentini intellektual səviyyəsinin aşağı düşməsi barədə günahlandırmaq səhv olardı. Təbliğat, düzgün informasiyanı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün daha çox peşəkar işə götürülməli, Azərbaycan və türk diasporuna daha çox müraciət edilməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar