Xəbər lenti
Erməni nazir müavini Əsədovu tənqid etdi - Ərdoğandan sərt cavab aldı

Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasının 25-ci ildönümünə həsr olunan sammitdə gərginlik yaşanıb.
Manevr.az Türkiyə mətbuatna istinadən xəbər verir ki, gərginlik Ermənistan daxili işlər nazirinin köməkçisi Aşot Hovakimiyanın sözlərinə görə olub. Belə ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov sammitdəki çıxışında "Təşkilata üzv ölkələrdən biri hələ də zəhərli ideologiyasından vaz keçməyib” deyə ifadə işlədib. Türkiy mətbuatı yazır ki, nitqinin demək olar ki, yarıdan çox hissəsini Qarabağ məsələsinə həsr edən nazir müavini O. Əsədovun bu sözlərinə cavab olaraq "Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi ittihamlar yeri deyil” deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğam isə Ermənistan təmsilçisinə sərt reaksiya verib. O, sammitin siyasi ittiham yeri olmadığına diqqət çəkərək, "Lakin burada heç kim ittiham və dəyərləndirmə etmədi, siz isə nitqinizin bütün hissəsini siyasi dyərləndirməyə həsr etdiniz” deyə cavab verib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar