Xəbər lenti
Sülhməramlılar postları sökür: bəs, Xocalıdakı heykəllər?
Manevr.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya sülhməramlılarının ötən gün daha bir müşahidə postunu ləğv etməsi barədə qeyd edib.
“Rusiya hərbi məntəqələrini bağladıqdan sonra bölgəni tərk etməsi xəbərini də yayacaq. Bu, Azərbaycanın Qarabağın tamamını nəzarətə götürməsindən sonra növbəti uğuru olacaq”, - o bildirib.
Politoloq vurğulayıb ki, Rusiya hərbi kontingentinin Xocalıda qərargah salarkən rus sərkərdələrin heykəllərini torpağımızda yerləşdirməsi məntiqi anlaşılmazdır:
“Axı Rusiya hərbi kontingenti Xocalıdan çıxdıqdan sonra rus sərkərdəsi Aleksandr Nevskinin və digərlərin heykəlləri oradan götürüləcək. Yaxşı olardı ki, həmin heykəlləri özləri ilə aparsınlar. Yəqin Moskvanın ilkin planı belə olub ki, rusiyalı hərbçilər daha böyük müddətə Qarabağda qalacaq və Azərbaycan torpaqlarında baza yaradacaqlar. Hadisələrin sürətli inkişafı onların da planlarını pozdu”.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar