Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yürütdüyü şəffaf və sabit siyasət Azərbaycanın digər dövlətlərlə əlaqələrinin dərinləşməsinə imkan verib - RƏY

Tarix: 05-10-2023 12:56     Baxış: 3265 A- / A+
Yürütdüyü şəffaf və sabit siyasət Azərbaycanın digər dövlətlərlə əlaqələrinin dərinləşməsinə imkan verib  -  RƏY
Cəmi otuz iki yaşı olan müstəqil Azərbaycan inkişaf yolunda inamla irəliləyir. XX əsrin sonlarında müstəqilliyini bərpa edən ölkəmiz dünyada öz nüfuzu, yeri və təşəbbüsləri ilə seçilir. Beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilən ölkəmiz hər zaman sabit və şəffaf siyasət yürüdür. Məhz bu siyasət digər dövlətlərlə əlaqələrimizin dərinləşməsinə imkan verib.
Çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edən Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Ölkədə aparılan uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan müxtəlif mövzularda mötəbər beynəlxalq tədbirlərin məkanına çevrilib. Bakının ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi də buna nümunədir. Mötəbər tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin indiki inkişaf yoluna gələnə qədər çox əziyyətlər çəkdiyini, ərazilərimizin Ermənistan tərəfindən 30 il işğala məruz qaldığını, öz gücü hesabına dövlət suverenliyini tam bərpa etdiyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Münaqişənin həll edilməsi ilə Azərbaycanın öz ləyaqətini qoruduğunu, beynəlxalq hüququ bərpa etdiyini bildirən dövlətimizin başçısı Cənubi Qafqazda sülh dövrünə qədəm qoymağın mümkünlüyünü də vurğuladı.
Manevr.az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Deputat bildirib ki, bu mötəbər tədbirin əlli ildən sonra yenidən Bakıda keçirilməsi ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin eyni vaxta təsadüf etməsi əlamətdar hadisədir. Çünki 1973-cü ildə ölkəmizin ev sahibliyi etdiyi 24-cü Beynəlxalq Astronavtika Konqresinin təşəbbüskarı məhz Ümummilli Lider olub. Hazırkı konqresə 100-dən artıq ölkədən 5 mindən artıq nümayəndənin iştirak etdiyini qeyd edən A.Məmmədov ölkəmizin on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olduğunu bildirib. Hazırda 3 peykimizin fəaliyyət göstərdiyini deyən deputat onların yerli mütəxəssislər tərəfindən idarə olunduğunu da qeyd edib.

“Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu. Ölkəmizin qarşıya qoyduğu məqsədlərdən, strateji prioritetlərdən danışdı. Son 20 ildə əldə olunan nailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdıran dövlətimizin başçısı ÜDM-in 4 dəfə, büdcə gəlirinin 30 dəfə, xarici ticarət dövriyyəsinin 10 dəfə artdığını bildirdi. Qeyd olundu ki, bu müddətdə sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb. Sabitlik amilinin önəminə diqqət çəkən Prezident Azərbaycanın siyasətində bu amilin mühüm meyar olduğunu diqqətə çatdırdı.
Dövlətimizin başçısı işğal dövründə ölkəmizin danışıqlar prosesinə sadiq qaldığını qeyd edərək, amma işğalla barışmayacağını dəfələrlə bəyan etdiyini bildirdi. “Biz BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik”, - deyən Prezident İlham Əliyev münaqişəyə son qoyulduğunu və Qafqazda sülh üçün vaxtın yetişdiyini dedi. Bildirildi ki, bizim gündəliyimiz Qafqazda, regionda sülhün, əməkdaşlığın qurulmasıdır”, - deyə Aqil Məmmədov bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar