Xəbər lenti
Baş tutmayan Qranada görüşü və ermənistanın Azərbaycan - Ermənistan sərhəddində yeni inşa etdiyi döyüş sığınacaqları!

Sülh əmin amanlıq cənubu qafqazda bərqarar olarsa Fransa və digər xarici dövlətlər varlıqlarını qafqaz üzərində hegomonluqlarını itirəcəklər və bundan qorxuya düşüblər. Belə olmasa 30 il boş kağız üzərində sülh barış adı altında Azərbaycan ərazisinin iyirmi faizinin işğal edilməsinə, milyondan çox qaçqın və köçkünün olmasın göz yuman qərb avropa itifaqının məqsədi məramı yenədəmi bəlli deyil bizlərə. Bu gün ön və arxa cəbhədə baş verənlər erməni havadarlarını çox narahat edir, etməkdədir. Birmənalı olaraq erməni pərəst mövqeyini ortaya qoyan fransa illərlə sülh, barış adı altında başımızın altına yastıq qoyaraq ermənistana hər cür yardımlar etməklə separatçı rejimin Qarabağda möhkəmlənməsinə çalışmış nəticədə otuz il yurd yerlərimiz işğal altında saxlanılmış, talan edilərək viran edilmişdir. Minlərə şəhidimiz, qazi və əlilimiz olmuşdur. Bölgədə barış sülh tərəfdarı olan dövlətlər, bir tərəfli mövqe sərgiləməməlidir. Bu gün gördüklərimizdən belə qənatə gəlmək olar ki, Azərbaycan ordusunun keçirdiyi lokal xarekterli antiterror əməliyatı kimlərinsə xoşuna gəlmir. Belə sonluğu arzulamırlar. Azərbaycan əsgəri BMT nin ATƏT in etməli olduğu işi 24 saat ərzində həyata keçirdərək, bölgəyə barış , sülh gətirmək üçün gərəkən olanı etdi, etməkdədir. Qərbdən və avropadan qrant alıb ölkəmizi nüfuzdan salmağa çalışan “müxalifət nümayəndələri” nə fikirləşir görəsən? Havadarlarına sual edirlərmi ki, otuz ildi Azərbaycanın başına gətirilənlərə susmaqla münasibət bildirən dövlətlər, son hadisələrdən sonra Azərbaycanı sanksiyalarla hədələməklə məşğul olurlar. Azərbaycanın qələbəsinə, zəfərinə kimsə kölgə sala bilməz! Bu zəfəri Ali baş komandanımızın rəhbərliyi ilə Azərbaycan xalq və ordusu qazanıb. Bu zəfər şəhidlərimizin qanı və canı bahasına əldə edilib! Azərbaycanla hər hansı dövlət və rəhbərləri hədə dilində danışa bilməz və bunada cürət etməsin. Xalq olaraq Ali baş komandanımızın yanındayıq. Qarşıda bizi yeni-yeni zəfərlər gözləyir. Zəngəzurdan Naxçıvana böyük Turan yolu Azərbaycanımızın halal haqqıdır! Uca Tanrı yolumuzu rəvan eyləsin!

AJB-nin üzvü
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar