Xəbər lenti
Ordu niyə Xankəndiyə girmir? – Üç səbəb
Ordumuzun keçirdiyi uğurlu lokal antiterror tədbirlərindən sonra nəzarətimizə keçən Xankəndi, Xocalı, Xocavənd və digər ərazilərdə DİN və DTX əməkdaşları xidmət edir. Ordu mənsublarının bu ərazilərdə olmaması diqqət çəkir.
Maraqlıdır, nə üçün Xankəndi və ətraf ərazilərdə Azərbaycan Silahlı Qüvvələri deyil, DİN və DTX əməkdaşları fəaliyyət göstərir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, ordu mənsubları arasında döyüş yoldaşlarını itirən və ya ağır yaralandığını görən, habelə uşaqlıqdan bu istiqamətdə travmaları olan insanların varlığı belə bir tədbirin görülməsinə gətirib çıxarıb:
“Bir çox ordu mənsubu üçün kifayət qədər çətin döyüşlər olub. Ən elementar şəkildə desək, döyüş yoldaşını itirən bir ordu mənsubu hisslərini cilovlamaqda çətinlik çəkə bilər. Hər hansı neqativ halın yaşanmaması üçün belə tədbirin görülməsi müsbətdir.
Turab Rzayev
Bundan başqa, ordu mənsublarının bir çoxu erməni, rus dillərini bilmir. Bu fakt belə özlüyündə Xankəndi və ətraf ərazilərdə onların mülki ermənilərlə ünsiyyət qura bilməməsi deməkdir. Lakin DİN və DTX əməkdaşlarının çoxu rus, erməni dillərini bilir. Həmçinin onlar mülki şəxslərlə davranış qaydalarına da hakimdirlər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar