Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərkosmos və ICESCO arasında müqavilə imzalandı

Tarix: 04-10-2023 18:41     Baxış: 3305 A- / A+


Azərkosmos və ICESCO arasında müqavilə imzalandı

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə Azərkosmosun Beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Bayramovun ICESCO-ya təqdim etdiyi “Biznes, innovasiya və elm” adlı layihəsi əsasında bağlanıb.
Azərbaycanın kosmos sahəsi üzrə hazırlanmış bu layihəyə ICESCO yaxın gələcəkdə 500 000 dollardan artıq investisiya ayıracaq.
Qeyd edək ki, ICESCO ilk dəfə kosmik sahənin inkişafı üçün investisiya layihəsi həyata keçirir.
Layihənin məqsədi turizm, ekologiya, kənd təsərrüfatı, texnologiya, kartoqrafiya, ətraf mühitin mühafizəsi, mədənçıxarma, infrastruktur və bir çox digər sahələrdə peyk resurslarının istifadəsini genişləndirməkdir. 
Layihə çərçivəsində peyk texnologiyalarının istifadəsi və tədqiqi ilə bağlı yerli, beynəlxalq, o cümlədən İslam ölkələrinin elmi cəmiyyətləri, universitetlər və alimlərlə əməkdaşlıq qurulacaq. Bu tərəfdaşlıq ölkəmizdə kosmik innovasiyalar və ekosistemin inkişafına, yeni imkanların yaranmasına, ələlxüsus elmi kəşflərin edilməsinə böyük təkan verəcək. 
“Düşünürəm ki, bu əməkdaşlıq təkcə İslam dünyası üçün deyil, həmçinin Azərbaycan və digər ölkələr üçün biznes, innovasiya və elm sahəsində irəliyə doğru atılmış böyük addımdır. Bu layihə bizim hamımız, o cümlədə elm xadimləri və gənclər üçün əla fürsət olacaq”, – deyə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib.
“Azərbaycanın “ICESCO” ilə əməkdaşlığı hər il daha da möhkəmlənir. Sevindirici haldır ki, ICESCO ölkəmizdə məhz kosmos sahəsinin inkişafının davamlılığında maraqlıdır”, – deyə Azərkosmosun İdarə heyətinin sədri Saməddin Əsədov bildirib. 
Qeyd edək ki, “Azərkosmos”un ICESCO ilə əməkdaşlığı çərçivəsində Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində İslam dünyasından 500 tələbə iştirak edir. Onlar Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Pakistan, Qətər, Küveyt, Tacikistan, Hindistan, İran, Nigeriya və digər dövlətləri təmsil edirlər. Bu gənclər tibb, mühəndislik və digər sahədə təhsil alırlar. 
ICESCO-ya üzv olan 54 ölkədən yalnız 17-si kosmik sahəyə investisiya qoyur. Bu sərmayənin 2024-cü ildə 1 trilyon dollardan 2 trilyon dollara çatdırılması nəzərdə tutulur.

Manevr.az
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar