Sizin Reklam Burada
Xəbər lenti
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

“Kreml yanıldı, elə bilirdi, Bakı bu addımı atanda...” - Belkovski

Tarix: 01-10-2023 17:38     Baxış: 3599 A- / A+

"Rusiya iki yüz ildən sonra Cənubi Qafqazı itirdi”.
Manevr.az teleqraf.com-a isrinadən xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Belkovski deyib.
Ekspert Rusiya Prezidenti Vladimir Putinin Ermənistandan çox Azərbaycan və Türkiyə ilə əlaqələrə üstünlük verdiyini söyləyib. O, bunu Ermənistanın mövcud hakimiyyətinin qərbpərəst olması ilə əlaqələndirib.
Belkovski hesab edir ki, Robert Köçəryan və ya Serj Sərkisyan (hərbi cinayətkarlar) Ermənistanda hakimiyyətdə olsaydı, Putinin bu ölkəyə münasibəti fərqli ola bilərdi.
Politoloq qeyd edib ki, Azərbaycanın son antiterror tədbirləri zamanı Rusiya Ermənistanın prosesə müdaxilə edəcəyini gözləyib:
“Kreml son hadisələrlə bağlı hesablamalarında Ermənistanın öz silahlı qüvvələri ilə Qarabağa müdaxilə edəcəyini düşünürdü ki, bu da Azərbaycana Ermənistan ərazisinə girmək üçün hüquqi imkan verəcəkdi. Kremlin hesablamaları özünü doğrultmadı. Rusiya isə Ermənistanı itirdi. Bütün hekayə budur. Biz iki yüz ildən sonra Cənubi Qafqazı itirdik”
Ermənistan müxalifətinin İrəvanda təşkil etdiyi nümayişlərə toxunan Belkovskinin fikrincə, Paşinyanın devirməsi planı ictimaiyyət arasında o qədər də populyar deyil: “Nümayişlərin təşkilatçılarının bəlli proqramı, ümumiyyətlə, konkret fəaliyyət planı yoxdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar