Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sərhəddə gərginlik: Nikolun yeni eskalasiyada 4 məqsədi

Tarix: 01-10-2023 09:07     Baxış: 3399 A- / A+


Qarabağda mərkəzi hakimiyyətin bərpa edilməsi fonunda Ermənistanın snayper atəşi ilə əsgərimizi şəhid etməni İrəvanın sərhəd gərginliyinə start verə biləcəyinin anonsu hesab edilə bilər. Paşinyan hakimiyyətinin sərhəddə mümkün eskalasiyada çoxtərəfli maraqlı var.
Sülh danışıqlarına hesablanmış gediş: İrəvan Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyini” danışıqlarda kart kimi istifadə edir, bununla həm kommunikasiyanın açılması, həm də delimitasiya prosesində “güzəştlər” əldə edə biləcəyini umurdu, Bakının antiterror tədbirlərinin nəticəsində bundan məhrum oldular və bundan sonra Ermənistanın sərhədlə bağlı “güzgü prinsipi” planını – qoşunların qarşılıqlı geri çəkilməsi – gündəmdə saxlamaq üçün bir imkanı qalır: gərginliyi körükləmək;
Qranada görüşünə hazırlıq: İrəvan masada Qərb oyunçularının olmasını özü üçün fürsət hesab edir və sərhədlə bağlı istəklərini bu görüşdə irəli sürəcək; görüş öncəsi mümkün gərginlik isə Paşinyana iddialarını və istəklərini əsaslandırmaq imkanı verə bilər;
Moskvaya növbəti demarş: Ermənistan Rusiyadan uzaqlaşmaq, ölkənin təhlükəsizliyində digər qüvvələrin, xüsusilə Qərb ölkələrinin iştirakçılıq payını artırmaq xəttini tutub, hətta KTMT-dən çıxmaq məsələsini yenidən aktuallaşdıra bilər və bütün bu proses sərhəd gərginliyindən keçir;
Və Nikolun tezisinin təsdiq planı: Qarabağ məsələsi daxili siyasi seqmentdə Paşinyana qarşı əsas ittihamdır, narazı elektoratın bu məsələ üzərindən hakimiyyətə risklər yarada biləcəyi gözləntisi də az deyil; Paşinyan buna qarşı “Ermənistanı qorumaq” tezisini irəli sürür və istisna deyil ki, daxili siyasi gərginliyi sərhəddə yeni toqquşmalar üzərindən nəzarətdə saxlamağa çalışacaq.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar