Xəbər lenti
Vaşinqton hansı məntiqlə Bakıdan Vardanyana amnistiya istəyəcək? - ŞƏRH
Manevr.az xəbər verir ki, İrəvandakı diplomatik mənbənin “Ria Novosti” bildirdiyinə görə, hazırda Ruben Vardanyanın məsələsilə Ermənistan Xarici İşlər Nazirliyi məşğul olur.
Qeyd edilir ki, Ermənistan hökuməti artıq Vardanyanın müdafiəsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
Bəzi ekspertlər Vardanyana görə Qərb dairələrindən Bakıya təzyiq ediləcəyini düşünürlər.
Məsələyə münasibət bildirən siyasi şərhçi Elxan Şahinoğlunun sözlərinə görə, ən maraqlı hal bu olacaq ki, Azərbaycandan erməni separatçılarının bağışlanmasını rica edən Vaşinqton Rusiya vətəndaşı və ABŞ-ın qatı düşməni və sanksiyalar qəbul etdiyi Kremlə yaxınlığı ilə tanınan Ruben Vardanyana hansı məntiqlə amnistiya istəyəcək?
“Vardanyanın Moskvadakı dostlari ilə bərabər Vaşinqton da separatçıların keçmiş “dövlət nazirinin” azad olunması üçün çalışacaqsa, erməni məsələsində mövqelər yenə üst-üstə düşəcək”.
E.Şahinoğlu deyib ki, Qərbdəki siyasətçilərin bir qismi Qarabağla bağlı açıqlama verməyi sanki özünə “borc” bilirlər:
“Qarabağdan köç Ukrayna müharibəsi ilə yanaşı, Qərbdə trend mövzuya çevrilib. Ona görə də Qərbdə bir qrup siyasətçi məsələyə münasibət bildirmək yarışına girişib, açıqlamalarında Azərbaycanı hədələməyi də unutmurlar. Müvəqqəti haldır. Qarabağa missiya göndərmək haqqında da açıqlamalar verməyə başlayıblar. Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin Qarabağa səfərinə etiraz etməyib, Bu o deməkdir ki, dövlət başçısı hansısa xüsusi missiyanın Qarabağa səfərinin əleyhinədir. Ermənilər Azərbaycan qanunları ilə yaşamaq istəməyərək bölgəni tərk edirlər, bunu müşahidə etmək üçün missiyaya nə ehtiyac var? Bunlar da geridə qalacaq”.
Ekspertin sözlərinə görə, Qarabağda separatizmin kökünü kəsdiksə, Qərbdəki dairələrin haqsız iddiallarıyla da mübarizədə uğur qazanacağıq.
“Zaman keçdikcə, Qərb Qarabağı unudacaq, biz isə bölgədə tərəfdaşlarımızla quruculuq çalışmalarını sürətləndirəcəyik. ABŞ və Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa ehtiyacları var”, - siyasi şərhçi əlavə edib.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar