Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin qisas planı: Paşinyan bunun qarşısını necə alacaq?

Tarix: 25-09-2023 17:50     Baxış: 3192 A- / A+

Putinin qisas planı: Paşinyan bunun qarşısını necə alacaq?

Dünyanın aparıcı güc mərkəzləri, Qarabağ ermənilərinin kütləvi köçündən öz məkrli və riyakar məqsədləri üçün istifadə edə bilər.
Belə ki, Azərbaycan Ordusunun Qarabağda lokal antiterror əməliyyatlarından sonra ermənilər ərazini kütləvi şəkildə tərk edərək Ermənistana köç etməyə başlayıblar.
Bu günlər, Ermənistan KİV-lərinin məlumatına görə, artıq 5 mindən çox şəxs Qarabağdan Ermənistana gəlib.
Bildirilir ki, Qarabağı tərk etmiş ermənilər Ermənistanın Gorus şəhərində xüsusi bir binanda yerləşdirilib.
Məluamata görə, Paşinyan hakimiyyəti Qarabağlı ermənilər üçün 40 minlik çadır düşərgəsi salıb.
Ermənilərin Qarabağdan Ermənistana axın etməsi daha da intevsivləşir. Onların Laçın yolu ilə Ermənistana getmələri üçün münasib şərait də yaradılıb. Azərbaycan onun qanunları altında yaşamaq istəməyən erməniləri öz ərazisində zorla saxlamaq marağında deyil. Dövlət rəhbərimizin öz çıxışlarında dediyi kimi, onlara hər zaman qapı açıqdır. 
Bu gün Azərbaycanı təmsil edən nümayəndələr Xocalıda Qarabağ bölgəsində yaşayan etnik ermənilərlə görüşərək onların Azərbaycana reinteqrasiyasını müzakirə ediblər. Belə bir vaxtda rus sülhməramlıların müşayiəti altında Ağdərə, Əsgəran, Xocəvənd və Xankəndidə yaşayan ermənilərin təxliyə edilib, Ermənistana göndərilməsi bir sıra şübhələr doğurur.
Rusiyadakı hərbi-siyasi dairələrin bu prosesdə rolu daha aydın görünə bilər. Şübhəsiz ki, Qarabağ ermənilərinin Ermənistanda yerləşdirilməsi ölkədə ağır siyasi, iqtisadi və sosial problemlər yol açacaq.
Bəzi ekspertlər hesab edirlər ki, Moskva bununla Ermənistanda ciddi siyasi təlatümlərin baş verməsinə, ən əsası da Paşinyan hakimiyyətinin devrilməsinə və öz maraqlarına xidmət edən revanşist ünsürlərin hakimiyyəti ələ almasına zəmin yaratmaq məqsədindədir.
Artıq Ermənistan üzərində Rusiya və Qərb arasında rəqabət güclənməkdədir. 
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Rusiya və digər beynəlxalq güc mərkəzləri bu prosesdən məqsədləri üçün istifadə edə bilər:

“Bildirim ki, Qarabağı tərk edən ermənilərin mütləq əksəriyyəti Ermənistan ordusunun bölgədə xidmət edən şəxslər və onların ailələrindən ibarətdir. Dəfərlərlə bəyan etmişik ki, Qarabağda 10 minlik qeyri-qanuni hərbi birləşmələr fəaliyyət göstərir. Bu 10 minlik ordunun 90 % -dən artığı məhz Ermənistan vətəndaşları idi. Həmin Ermənistan hərbçilərinin yarısı ailəlidir. Bütün bunları birlikdə hesablasaq, bu, təxminən 15 mindən çox olacaq.
Hazırda Ermənistanın Gorus ərazisində yerləşən ermənilərlə bağlı səsləndirilən rəqəmlər onu deməyə əsas verir ki, Qarabağdan kütləvi köç məsələsi həqiqətəuyğun deyil. Çünki bölgədə təxminən 40 min civarında erməni əhalisinin yaşadığı bildirilir. 
Paşinyan da hökumətin son iclasında çıxışı zamana bildirib ki, İrəvan 40 min erməninin qəbulu üçün hazırlıq işləri görür”. 
Politoloq Rusiyanın bu prosesdə məqsədyönlü şəkildə iştirak etməsini istisna etməyib:
“Bu çox mürəkkəb bir məsələdir. Bu məsələdə hər variant istifadə edilə, hər ehtimal yaşana bilər. Əlbəttə, Rusiyada müəyyən dairələr Qarabağdakı əhalinin Ermənistan ərazisinə kütləvi köçürülməsinə imkan yaratmaqla bu ölkədə böyük qəzəbli qaçqın kütləsi yarada və bundan da Ermənistan hakimiyyətinə qarşı silah kimi istifadə edə bilər. Buna heç bir şübhə ola bilməz.
Bu ehtimal kifayət qədər ciddiyə alınası bir ehtimaldır. Paşinyan da ölkəsinə gələn bu kütləni mümkün qədər Zəngəzurda saxlamağa çalışacaq. Qarabağ erməniləri üçün yaradılan əsas qərargah Gorus şəhərində yerləşir. Həmçinin onların Qafan və digər ərazilərdə yerləşdirilməsi ilə bağlı planlar da var. 
Paşinyan Rusiyadakı müəyyən dairələrin bu siyasi oynunu bildiyi üçün Qarabağ ermənilərini İrəvandan uzaq tutmağa və onların hökumət əlehinə aksiyalarda iştirak etməsinin qarşısını almağa çalışacaq”.
Politoloqun sözlərinə görə, Qarabağ ermənilərinin köçürülməsində maraqlı olan qüvvələrin hər biri bu prosesdən öz məqsədləri üçün istifadə edəcəyi mümkün görünür:
“Rusiya bundan Paşinyan hakimiyyətinin devrilməsinə zəmin yaratmaq üçün istifadə edə bilər, eyni zamanda Fransa və digər beynəlxalq güc mərkəzləri bu hadisəni böyütməklə Azərbaycana qarşı təzyiqləri artıra, ölkəmizi etnik təmizləmədə günahlandıra bilərlər.
Bu baxımdan, Azərbaycan bütün bunların hamısını diqqətə alaraq prosesi səliqəli və şəffaf şəkildə tənzimləyir. Belə ki, dövlətimizin rəsmiləri tərəfindən bəyan edilib ki, silahları yerə qoyan, habelə keçmiş hərbi əməliyyatlarda bu və digər formada iştirak etmiş şəxslər amnistiya siyahısına daxil ediləcəklər. 
Xatırladım ki, Azərbaycanın əsas marağı bölgədə məskunlaşan dinc erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının təmin olunması, o cümlədən onların reinteqrasiya prosesinin sürətli və problemliz həyata keçirməkdir”. 
O.Qasımov əlavə edib ki, Ermənistanın daxilində vəziyyətin gərginləşməsi Azərbaycanın maraqlarına uyğun deyil:
“Hesab edirəm ki, Paşinyan və onun komandası hakimiyyətdə qalmalıdır. Onlarla sülh müqaviləsi ilə bağlı məsələlər müzakirə olunmalıdır, nəhayət Bakı və İrəvan arasında sülh sazişi imzalanmalıdır.
Amma Qarabağ erməniləri ilə bağlı məsələnin Ermənistanda vətəndaş müharibəsinə gətirib çıxaracağını düşümürəm. Çünki hazırda Ermənistanda radikal müxalif qüvvələrin o qədər imkanlarının və potensialının yetərli olmadığını görürük. Xüsusilə, etiraz aksiyalarına çıxanların sayı 3-4 mindən artıq deyil.
O ki qaldı Ermənistanda Qarabağ ermənilərinin sosial təminatları məsələsinə, Ermənistana ciddi dəstək verən ölkələr tapılacaq. ABŞ və Qərb ölkələri Paşinyan hakimiyyətini ayaqda saxlamaq üçün Qarabağ ermənilərinin problemlərinin həll edilməsinə əlindən gələn köməyi edəcəklər. Hətta Qarabağ ermənilərinin bir qismini xarici ölkələrə getmələri üçün münasib şərait də yaradıla bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar