Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Antiterror tədbirləri buna görə başladı - Bayramov

Tarix: 23-09-2023 14:10     Baxış: 3187 A- / A+


Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması təşəbbüsü məhz Azərbaycana məxsusdur. Bu istiqamətdə artıq xeyli vaxt ərzində işlər aparılıb və bir neçə raund danışıqlar keçirilib. Sülh müqaviləsinin layihəsi, bir sıra maddələrin razılaşdırılması üzrə də ilkin müsbət nəticələr var idi.Manevr.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Report-a müsahibəsində bildirib.
"Eyni zamanda açıq bəndlər də kifayət qədər idi. Lakin son bir neçə ay ərzində danışıqlar prosesində bir qədər durğunluq yarandı və Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarının şahidi olduq. Biz onların sözləri, verdikləri vədlərlə sərgilədikləri yanaşma, atdıqları addımlar arasında ciddi fərq görürdük. Bunun ən bariz nümunələri kimi sentyabr ayının 2-də Ermənistanın Baş naziri Nikol Paşinyanın qanunsuz, qondarma rejimi yaradılmasının 32-ci ildönümü münasibətilə təbrik etməsini, bununla bağlı ayrıca mesaj yaymasını, eyni zamanda Azərbaycan ərazilərində qanunsuz “prezident seçkiləri”nin keçirilməsini göstərmək olar. Bütün bunlar danışıqlar prosesinə ciddi bir zərbə vurdu", - deyə nazir bildirib.
C.Bayramovun sğzlərnə görə, hadisələrin bundan sonrakı inkişafı və daha sonra Ermənistanın hərbi təxribatlarını davam etdirməsi Azərbaycan Ordusunun sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri keçirməsini qaçılmaz etdi:

"Azərbaycan dövləti beynəlxalq və humanitar hüququn bütün normalarını gözləməklə, yüksək peşəkarlıqla və qısa müddət ərzində həmin tədbirləri yekunlaşdırdı. Bir gündən sonra antiterror tədbirləri dayandırıldı. Azərbaycanın legitim tələbləri Ermənistan nümayəndələri, qanunsuz qurumun rəhbərləri tərəfindən qəbul edildi.
Onlar eyni zamanda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri arasında Yevlaxda görüşün keçirilməsinə razılaşdılar. Biz bu görüşü uzun müddət əvvəl təklif etmişdik, bunun üçün dəvətlər verilmişdi. Nəhayət sentyabrın 21-də Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə ilk görüş baş tutdu".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar