Xəbər lenti
Müttəfiqlər Rusiyaya qarşı sərt tədbirlər vəd etdi - Şimali Koreya ilə silah müqaviləsi
Cənubi Koreya, ABŞ və Yaponiyanın xarici işlər nazirləri Rusiya ilə Şimali Koreya arasında mümkün silah sazişinə qarşı sərt tədbirlər görməyə razılaşıblar.
Manevr.az "Yonhap"a istinadən xəbər verir ki, Cənubi Koreyanın xarici işlər naziri Park Jin amerikalı həmkarı Antoni Blinken və yaponiyalı həmkarı Yoko Kamikava ilə cümə günü, sentyabrın 22-də Nyu Yorkda Rusiya-Şimali Koreya silah müqavilələrini müzakirə etmək üçün görüşüb.
Diplomatlar iki ölkə arasında hərbi əməkdaşlıqdan dərin narahat olduqlarını bildiriblər və xəbərdarlıq ediblər ki, Pxenyanla Moskva arasında potensial silah sazişi Rusiyanın özünün səs verdiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması olacaq.
Nazirlikdən verilən məlumata görə, onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq regional təhlükəsizliyə istənilən təhdidlərə qəti şəkildə cavab vermək üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edəcəklərinə söz veriblər.
2023-cü ilin sentyabrında Şimali Koreya lideri Kim Çen İn Rusiya prezidenti Vladimir Putinlə iki ölkə arasında mümkün silah müqaviləsi ilə bağlı narahatlıqların artması fonunda sammit keçirib.
14 sentyabr 2023-cü il tarixinə məlum olub ki, Rusiya Federasiyası artıq Şimali Koreyadan 122 mm və 152 mm-lik mərmilər, həmçinin "Qrad” raketləri alır. Çinin öz silahlarını Şimali Koreyadan tranzit olaraq Rusiyaya tədarük edə biləcəyi də bildirilib.
21 sentyabr 2023-cü ildə məlum olub ki, ABŞ Rusiyanın Ukraynadakı müharibəsini dəstəklədiyinə görə KXDR-ə qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar