Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Surət Hüseynov Milli Qəhrəman adını şantaj yolu ilə almışdı”

Tarix: 22-09-2023 19:43     Baxış: 3211 A- / A+
Türkiyədə vəfat etmiş və cənazəsi Gəncəyə gətirilərək dəfn edilən sabiq Baş nazir Surət Hüseynovun məzar daşı müzakirələrə səbəb olub.

S.Hüseynovun məzar daşının üzərinə onun Azərbaycanın Milli Qəhrəmanı olması yazılması etiraz yaradıb. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı rəylər yazılıb, məzar daşının üzərindən bu sözlərin yığışdırılması tələb olunub.
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a Elçibəy hökumətində dövlət müşaviri postu tutmuş Müsavat başqanı Arif Hacılı danışıb. O, insanların narazılığında haqlı olduğunu bildirib:
"Əslində bu etirazların səbəbi aydındır. Onun qəbri üzərində yazılan yazılara ictimai diqqətin olmasının mənası da bəllidir, çünki Azərbaycan cəmiyyəti 4 iyun qiyamının Azərbaycana hansı ağır , sağalmaz yaralar vurduğunu bilir və bunu  səbəbkarının da Surət Hüseynov olduğunu yaxşı bilir. Məzar daşının üstündə yazılanlara ailə üzvləri qərar verir, onlar ora başqa sözlər, məsələn, müxtəlif şeirlər yazdıra bilərdilər. Amma məzar daşları üzərinə yazılan yazılara xüsusi senzura qoymağa ehtiyac yoxdur. İnsanların narazılığı da aydındır və onların dedikləri də həqiqətdir, çünki onun üzərindən Milli qəhrəman adı götürülmüşdü".
A.Hacılı vaxtilə S.Hüseynovun Milli Qəhrəman adını şantaj yolu ilə aldığını qeyd edib:
"Ona Milli Qəhrəman adının verilməsinin hansı şəraitdə baş verdiyini yaxşı bilirəm. Bu, şantaj yolu ilə həll olunmuş bir məsələ idi. Əslində o, Milli Qəhrəman adına layiq olduğu üçün deyil, müəyyən təxribatlar törədəcəyini anons etmək yolu ilə o adı almışdı. Sonra da haqlı olaraq üzərindən Milli Qəhrəman adı götürüldü. Ancaq yenə deyirəm, ailə üzvləri öz yaxınlarının məzarı üzərinə istədikləri fikri yaza bilərlər. Əgər məzarın üzərində yazılanlar svastika, düşmən təbliğatı deyilsə, milli, dini, irqi ayrı-seçkiliyə səbəb olmursa, bu cür yazılara senzura qoymağa ehtiyac yoxdur. Bu çərçivədən kənarda məzar daşının üzərinə hansısa fikir yazdırılırsa, bu, ailə üzvlərinin öz işidir".
Qeyd edək ki, Surət Hüseynov bu il avqustun 1-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. O, Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.
Xatırladaq  ki, S.Hüseynov 1994-cü ildə Milli Qəhrəman adından məhrum edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar